Əcnəbi tələbələr üçün İtaliya Dövlət təqaüdü

İtaliyanın bütün pedaqoji, elmi və incəsənət universitetləri təqaüd proqramında iştirak edir.

Təqaüddə bakalavr, maqistratura, doktorantura, ixtisaslaşma kursları, elmi rəhbəri ilə hazırlanan araşdırma kursları, incəsənət üzrə ali təhsil kursları, musiqi və rəqs, italiyan dili kursu və İtalyan dili ikinci tədris dili olan  öyrətmənlər iştirak edə bilər.

Təqaüd proqramında ancaq italiya dövlətinin tanıdığı elmi təqdidatlar və təhsil müəssisələri iştirak edə bilər.

Təqaüdlər ancaq 3 aylıq, 6 aylıq və ya 9 aylıq intervallar arasında ödənilir. Təqaüd alan namizədlər əsasən təhsil haqqından azad olurlar, amma bəzi universitetlər sərbəst fəaliyyət göstərdiyi  üçün namizədlərə tam ödənişsiz təhsil haqqı imkanı təklif edə bilmirlər. Namizədlər bu məsələni dəqiqləşdirmək üçün qəbul olduqları universitetlərdən ətraflı məlumat almalıdırlar.

Təqaüd həmçinin tibbi sigortanı qarşılayır. Amma təqaüd yalnız Çili vətəndaşlarının nəqliyyat xərcini ödəyir.

torre-inclinada-de-pisa-atracciones-turisticas-italia-800x521

Namizədlərə olan tələblər:

  • İtaliyan dil səviyəsi: Namizədlər dil səviyyəsini təsdiq edən sertifikata sahib olmalı (məsələn CİLS B2, CELİ 3, PLİDA B2 və ya İNTİT Roma Tre), və ya yerli təhsil müəssisələrində dil biliyini təsdiq edən başqa sənəd təqdim etməlidir. İngilis dilində təhsil almaq istəyən tələbələr  heç olmasa italyan dilini A2 səviyəsində bilməlidirlər
  • Yaş məhdudiyyəti: 18 yaşdan aşağı və 35 yaşdan yuxarı olan namizədlər təqaüdə müraciət edə bilməzlər. İkinci tədris dili italyan dili olan namizəd öyrətmənlər  45 yaşa qədər müraciət edə bilərlər.

Əgər tələbələr bütün imtahanlarından nüsbət nəticələn əldə edərsə təqaüdün davam etməsi üçün müraciət edə bilərlər.

Təqaüdə müraciət etmədən öncə, tələbə təhsil alacağı proqram və digər suallarla bağlı seçdiyi universitetlə əlaqə saxlamalıdır.

Qeydiyyatlar may ayının ilk 15 gününə qədər  Borse on Line saytından online həyata keçirdilir.

Əlaqə:

Telefon: (+39) 0636918899
Ünvan: Ufficio Relazioni con il Pubblico
Ministero Affari Esteri
Piazzale della Farnesina, 00135 Roma

Əlavə məlumatı  buradan ala bilərsiz:   http://www.esteri.it/mae/en/ministero/servizi/stranieri/opportunita/borsestudio_stranieri.ht  ml?LANG=EN

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *

Subscribe For Latest Updates

Qeydiyyatdan keçin və yeni təqaüdlər sizin ayağınıza gəlsin.