Serbiya dövlətinin təqaüdü

Serbiya dövləti tərəfindən 2016/2017-ci tədris ili üzrə  Serbiya hökumətinin büdcəsi hesabına Serbiyanin 3 ali təhsil müəssisəsində

  • Belqrad Universiteti,
  • Novi Sad Universiteti və
  • Nis Universitetində

təhsil almaq üçün bakalavriat (21 yaşadək namizədlər), magistratura (25 yaşadək namizədlər) və ya doktorantura (35 yaşadək namizədlər) təhsil səviyyəsi üzrə təqaüd yeri ayrılmışdır. Təqaüd Proqramına daxil olan ixtisasların siyahısı ilə keçiddən tanış ola bilərsiniz. Eyni zamanda, qeyd olunan ali təhsil müəssisələrinin hər biri ixtisasa uyğun fərdi tələbləri ilə keçiddən tanış ola bilərsiniz.

 

serbia-in-europe

  • Təhsil serb dilindədir.
  • Müvafiq təqaüd proqramının şərtlərinə uyğun olaraq təqaüdçü təhsil müddəti bitdikdən sonra ölkəyə qayıtmalıdır.

 

  • Tələbələr üçün nəzərdə tutulmuş Serbiya Hökuməti hesabına təhsil aşağıdakı xərcləri əhatə edir:
  • ödənişsiz təhsil;
  • müvəqqəti yaşayış üçün qeydiyyat xərci;
  •  Serb dili hazırlıq kursları və seçilmiş ixtisas üzrə təhsil;
  •  yaşayış xərcləri (yataqxana və gündəlik yemək xərcləri);
  • tibbi sığorta;
  • 15000 Serb dinarı =220 Azn məbləğində aylıq təqaüd (nəqliyyat və dərslik xərcləri daxil).

Ətraflı məlumat üçün Təhsil Nazirliyi ilə əlaqə saxlamağınız xahiş olunur.

Təqaüd Proqramı ilə bağlı suallarınızı admission@edu.gov.az elektron poçtuna ünvanlaya bilərsiniz

Ölkə: Serbiya

Son müraciət üçün tarix: Hər il aprel- may ayları

 

 

 

 

 

 

Subscribe For Latest Updates

Qeydiyyatdan keçin və yeni təqaüdlər sizin ayağınıza gəlsin.