Almaniyada 10 ən məşhur təqaüd proqramları, fondları və institutları

ALRAKIS Programı-Göttingen Universiteti

Program Azərbaycan, Belarus, Gürcüstan və Ukrayna universitetləri ilə Avropa Birliyi Universitetləri arasında elmi mübadiləni dəstəkləyir. Ali məktəb tələbələri bu programa müraciət etməklə Göttingen universitetində təhsil almaq üçün 10 aylıq təqaüddən faydalana bilərlər. Həmçinin tam master təhsili üçün də ALRAKIS programına müraciət etmək mümükündür.

Daha ətraflı məlumatı buradan tapa bilərsiz.

Bayer Science & Education Foundation: Carl-Duisberg Təqaüdü

Tibb və ya baytarlıq təhsili alan tələbələr Carl- Duisberg təqaüd programından yararlana bilərlər. Elmi tədqiqat proyektləri, tanınmış elmi müəssisələrdə ixtisasartırma programları, famulatura, PJ-Tertial və dissertasiya ərəfəsində təhsil səfərləri də bu prorama aiddir. Programa əsas və ya master təhsilini almaqda olan tələbələr müraciət edə bilərlər.

Daha ətraflı məlumatı buradan tapa bilərsiz.

Copernicus Təqaüdü

Copernicus hər semestr Münhen Berlin və ya Hamburg universitetlərində bir semestrlik təhsil, eləcə də praktika üçün təqaüd verir. Həm praktika həm də təhsil səfəri tamamlanmalıdır.

Daha ətraflı məlumatı buradan tapa bilərsiz.

Print

EMBER — Erasmus Mundus Broadening Educational Experience- Friedrix-Şiller-Yena Universiteti

Proyekt elmi mübadiləni, o cümlədən Azərbaycan, Belarus, Gürcüstan və Ukrayna universitetləri ilə Avropa Birliyi Universitetləri arasında şəbəkələlşməni təmin edir. Tələblər Jena universitetində 10 ay müddətində təhsil almaq üçün müraciət edə bilərlər.

Daha ətraflı məlumatı buradan tapa bilərsiz.

Friedrix-Ebert-Fondu: Xaricilər üçün əsas dəstək

Frierdix Ebert Fondu əsasən təhsil alanlara maliyyə yardımı ilə yanaşı, seminar programları və elmi rəhbərlərlə individual məsləhətlər də təklif edir. Təhsilə başlamazdan əvvəl müraciət mümkün deyil.

Daha ətraflı məlumatı buradan tapa bilərsiz.

 Friedrix-Naumann-Fondu: İstedadlar üçün azadlıq fondu 

Friedrix-Naumann-Fondu Almaniyada master təhsilini başa vuran və ya vurmaq istəyən xaricilər üçün təqaüd verir. Təhsilə başlamazdan əvvəl müraciət etmək də mümkündür ki, bu zaman bütün tam təhsil müddəti təqaüdlə təmin edilir. Qəbul haqqında sənədin olması şərtdir.

Daha ətraflı məlumatı buradan tapa bilərsiz.

Heinrix-Böll-Fondu: Təhsil təqaüdləri

Heinrix-Böll-Fondu master təhsilini başa vuran və ya vurmaq istəyən xaricilər üçün təqaüd verir. Təhsilə başlamazdan əvvəl müraciət etmək də mümkündür ki, bu zaman bütün təhsil müddəti təqaüdlə təmin edilir. Qəbul haqqında sənədin olması şərtdir.

Daha ətraflı məlumatı buradan tapa bilərsiz.

HERMES — Humanities Education Revitalized via Mundus Experience Avropa Viadrina Universiteti

Program Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan və Ukrayna universitetləri ilə Avropa Birliyi Universitetləri arasında elmi mübadiləni dəstəkləyir. Tələblər iki semestrlik təhsil üçün bu programa müraciət edə bilərlər.

Daha ətraflı məlumatı buradan tapa bilərsiz.

IANUS II — Inter-Academic Network Erasmus Mundus  Köln Universiteti

Proyekt  Azərbaycan, Belarus, Gürcüstan və Ukrayna universitetləri ilə Avropa Birliyi Universitetləri arasında elmi mübadiləni dəstəkləyir. Tələbələr 10 ay müdətində təqaüdlə Köln universitetində təhsil almaq üçün bu programa müraciət edə bilərlər. Həmçinin tam master təqaüdü qazanmaq mümkündür.

Daha ətraflı məlumatı buradan tapa bilərsiz.

Klaus Mehnert  Avropa İnstitutu

Bir illik master programının əsas məqsədi: Avropanı anlamaq.  Burada, Avropanı  AB və Rusiya nöqteyi nəzərindən siyasi, hüquqi, iqtisadi və social-mədəni aspektlərdən yanaşmaq, analiz etmək, qiymətləndirmək və başa dümək  nəzərdə tutulur. Təhsil birinci semestri Kaliningradda, ikincisi isə Wuppertalda başa vurulur. Beləliklə ikili təhsilə yiyələnmək mümkündür.

Daha ətraflı məlumatı buradan tapa bilərsiz.

Subscribe For Latest Updates

Qeydiyyatdan keçin və yeni təqaüdlər sizin ayağınıza gəlsin.