Türkiyə Dövlət Təqaüdü

Türkiyə Bursları nədir?

«Türkiyə təqaüdləri» (Türkiye Bursları) proqramı çərçivəsində tələbələrə təqaüd təmənnasız təqdim olunur. Bu haqqı qazanan tələbələr onların akademik keçmişlərinə uyğun bölmələrdə təhsil aldıqları müddət ərzində təqaüd almağa davam edirlər.

Türkiyə təqaüdləri özlüyündə bir neçə hissəyə bölünür. Seçdiyiniz universitetdən və ixtisasdan asılı olaraq bu proqramlardan hansına müraciət edəcəyinizi öncədən dəqiqləşdirməlisiniz.burs

Bakalavr təqaüdləri

  • Türkdilli ölkələr üçün təqaüd proqramı
  • Balkan ölkələri üçün təqaüd proqramı
  • Qara dəniz təqaüd proqramı
  • Türk-Afrika təqaüd proqramı
  • Bosfor təqaüd proqramı
  • Anadolu təqaüd proqramı

Magistr və doktorantlar üçün təqaüdlər

  • «Ali Kuşçu adına elmi və texnoloji» təqaüd proqramı
  • «İbn Haldun adına sosial elmlər» təqaüd proqramı

İxtisaslar üzrə təqaüdlər

  • İbn Sina adına tibb elmlərinin təqaüd proqramı
  • İlahiyyat fakültəsinin təqaüd proqramı
  • Yunus Emre adına türk dili fakültəsinin təqaüd proqramı

Qısamüddətli təqaüdlər

  • Məktəblərə qəbul olanlar üçün təqaüd proqramı (Alihik)
  • Elmi-tədqiqat təqaüdləri
  • Həvəsləndirici təqaüdlər proqramı
  • Dəstəkedici təqaüdlər proqramı

Türkiyə Bursları‘na edilən müraciətlərin qiymətləndirilməsi iki mərhələli olaraq həyata keçirilir:

  1. Akademik müvəffəqiyyət
  2. Müsahibə

Türkiyə Bursları‘nın tələbələrə təmin etdiyi imkanlar bunlardır:

%d0%b1%d0%b5%d0%b7-%d0%bd%d0%b0%d0%b7%d0%b2%d0%b0%d0%bd%d0%b8%d1%8f-1

Aylıq təqaüd  

Bakalavr 600 TL (təxminən 200 USD)

Magistr; 850 TL (təxminən 360 USD)

Doktorantura; 1.200 TL (təxminən 575 USD)

Araşdırma; 3.000 TL (təxminən 1.000 USD)

Yaşayış

Təqaüdçülər dövlət yataqxanalarında ödənişsiz olaraq qala bilirlər. Bu imkandan faydalanmaq istəməyən tələbələr isə ödənişi özləri qarşılamaq şərti ilə fərqli yerlərdə qala bilərlər.

Təhsil xərci

Təqaüdçülər yerləşdirildikləri universitetlərdəki təhsil haqqını ödəmirlər.

Sığorta xərcləri

Təqaüdçülər sağlamlıq zəmanəti altındadır.

Türkçə təhsil ili

Türkçə bilməyən təqaüdçülərə 1 il müddətlə Türkçe təhsil verilir. Şagirdlər təhsil aldıqları müddət ərzində bütün təqaüd imkanlarından faydalanmağa davam edirlər.turkiye-burslari-1

Nəqliyyat xərcləri

Təqüdçülər Türkiyəyə gəldiklərində və təhsillərini tamamladıqdan sonra ölkələrinə dönüşlərində, nəqliyyat xərcləri üçün ödəmə edilir.

BAKALAVR KİMİ MÜRACİƏT ETMƏK ÜÇÜN TƏLƏB EDİLƏN SƏNƏDLƏR

Türkiyə Burslarından istifadə etməyin əsas şərtlərindən biri yaş həddidir. Növbəti il bakalvr səviyyəsinə müraciət etmək üçün yaşınız 01.01.1995-ci ildən daha kiçik olmalıdır. Türkiyə Bursları, akademik müvəffəqiyyət əsaslı bir proqramdır. Türkiyə Bursları‘na müraciət edəcək tələbələrin nailiyyətləri, aşağıdakı meyarlara görə müəyyən edilir:

  • Attestat nəticələri
  • Alınan qiymətlərin ümumi ortalaması (GPA)
  • Universitetə daxil olma imtahanı nəticəsi (varsa)
  • Beynəlxalq imtahan nəticələri (varsa)
  • Digər

Nəticələr təhsil səviyyəsindən asılı olaraq yuxarıda qeyd edilmiş sənədlərdə müvəffəqiyyət dərəcəsi aşağıdakı kimi müəyyənləşdirilib.

Bakalavr üçün -70%

Magistratura üçün – 75 %

Doktorantura üçün- 75 %

Tibb fakültəsi tələbələri üçün 90%

Əskiksiz müraciət edən namizədlərdən akademik olaraq kafi görülənlər müsahibəyə dəvət edilirlər. Namizədlərə müsahibə e-mail ünvanları və online müraciət sistemi vasitəsilə çatdırılır. Müsahibələr namizədlərin olduqları ölkələrdə üz-üzə həyata keçirilir.

Ətraflı məlumat üçün təşkilatçıların saytına baxın.

Əlaqə:

Tel: 0850 455 0 982

info@turkiyeburslari.gov.tr

Oğuzlar Mah. Mevlana Bulvarı No: 145 P.K: 06520 Balgat — ANKARA — TÜRKİYE

Subscribe For Latest Updates

Qeydiyyatdan keçin və yeni təqaüdlər sizin ayağınıza gəlsin.