Kanada Monitoba Universitetinin təqaüdü

Vaxt: Hər il.                                                 Məbləq: 14.000-18.000 CAD

Harda: Vinnipeq (Kanada)

Məlumar:
«The University of Manitoba» universitetinin aspirantura və magistratura tələbələri üçün təqaüd təsis edib. Təqaüdü milliyətindən aslı olmayaraq magistr və ya aspirantura proqramının istənilən sahəsinə qəbul olan (tibb fakultəsi və MBA proqramı daxil deyil) ən yaxşı tələbələr ala bilər.

Universitet tələbələri üçün ildə aspirantura (Ph.D)18,000 $ və magistratura (Masters) tələbələri üçün ildə 14,000 $  məbləğində təqaüd təklif edir. Magistr təhsili alanlar 24 ay təqaüd ala biləcəklər, doktorantura oxuyanlar isə 48 ay.

manitobabanner

Namizədlərə olan tələblər:

  • Diplom ortalaması (GPA) 3.75 (B+) olan və akkreditə olunmuş universitet tərəfindən bakalavr, magistr və doktor elmi dərəcəsi olmalı
  • Hər hansı bir ölkənin vətəndaşı olmalı
  • «The University of Manitoba» universitetinin proqramlarının birinə təhsil almaq üçün qəbul olmalı. (tibb fakültəsinin və MBA proqramı daxil deyil).
  • Hər proqram üçün qəbulun son vaxtı müxtəlifdir olur. «The University of Manitoba» universitetinin müxtəlif proqramlar üzrə  təqaüd proqramlarının qeydiyyat prosesi müxtəlifdir.

Ətraflı məlumatı universitetin saytından ala bilərsiz.

Əlaqə:

Faculty of Graduate Studies 500 University Centre University of Manitoba Winnipeg, MB R3T 2N2 Canada

204.474.9377

 

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *

Subscribe For Latest Updates

Qeydiyyatdan keçin və yeni təqaüdlər sizin ayağınıza gəlsin.