ABŞ-da Fulbrayt proqramı üzrə maqistr təqaüdü.

Əcnəbi tələbələr üçün olan Fulbrayt təqaüd proqramı  ABŞ-da iki ilə qədər maqistr təhsili almaq imkanı verir. Fulbrayt proqramı təhsil, humanitar sahə üzrə araşdırma, sosiyal və dəqiq elmlər üzrə əsasən mühəndislik ixtisasları üzrə əcnəbi tələbələrin müraciətlərini qəbul edir.

Fulbrayt  proqramı tərəfindən əcnəbi tələbələr üçün təqaüd ayrılmayan sahələr:

  • tibb,
  • idarə etmə,
  • iqtisasiyyat,
  • hüquq,
  • dövlət idarəçiliyi
  • dövlət siyasəti.

İştirakçıların seçimi açıq konkurs şəraitində keçirdilir və onların şəşxi keyfiyyətləri, liderlik potensialları, akademik müvəffəqiyyətləri, düşünmə yetkinli, ABŞ mühitinə uyğunlaşma bacarığı nəzərə alınır.

17185-fulbright-logo

 

Namizədlərə olan tələblər

  • namizədlər təqaüdə sənəd verməmişdən öncə ali təhsil almalı və ABŞ təhsil sisteminin bakalavr dərcəsinə uygun gələn dərəcələri olmalıdır.
  • maqistr dərəcəsi olan namizədlər adı çəkilən proqrama buraxılmırlar
  • namizədlər ABŞ da təhsil almaları üçün ingilis dili səviyyələri yetərincə yüksək olmalıdır ki,maqistr və doktorantura proqramlarında uğurlu naliyyət əldə edə bilsinlər. Axırıncı nəticələrə görə yazılı TOEFL və ya ekvivalentində olan başqa imtahanın göstəricisi (internet variantı TOEFL (İBT və ya kompyuter variantı (CBT) 550 bal və daha yuxarı olmalıdır .
  • Seçim mərhələsində ABŞ-da təhsil almayan namizədlərə üstünlük veriləcəkdir.
  • Qeydiyyat zamanı ABŞ-da yaşayan namizədlər konkursa buraxılmayacaqlar.
  • Namizədin maddi ehtiyacı və maddi durumu seçim zamanı nəzərə alınmamalıdır. (yəni əsas odur biliyi olsun,pulu özləri verəcəklər  :))))))))))

Vacib məlumat: Ehtimal olunur ki, təqaüd proqramını bitirəndən sonra bütün təqaüdçülər öz vətənlərinə qayıtmalıdırlar və «J» vizasının tələbinə görə hər iki ölkə arasında qarşılıqlı anlaşmanı artırmaq üçün  ABŞ ərazisinin xaricində ən azı 2 il qalmalıdırlar

Proqram təmin edir:

  • təqaüdçülərin ABŞ universitetlərində təhsil haqlarının ödənilməsi;
  • 24 ay ərzində hər ay ödənilən təqaüd;
  • tibbi siğorta;
  • dəərslikləri və kompyuter  almaq üçün maddi yardım;
  • yol xərclərinin ödənilməsi;
  • proqram çərçivəsində təşkil olunan tədbirlərdə iştirak etmək imkanı.

Fulbrayt proqramı dünyada mükafatlandırma proqramları arasında  nüfuzlu olanlarından biridir. Proqram dünyanın 155 ölkəsində fəaliyyət göstərir,onların 50-də xüsusi komissiyanın tərəfindən idarə olunur. Hansı ölkədə ki, proqram fəaliyyət göstərmir onun nəzarətini ABŞ səfirliyinin informasiya və mədəniyyət şöbəsi öz üzərinə götürür.

Nəzərinizə çatdıraq ki, Fulbrayt təqaüdü azərbaycan vətəndaşları üçündə keçərlidir.

Qeydiyyat haqda ümumi məlumat almaq üçün bura baxın.

Azərbaycan vətəndaşları üçün ətraflı məlumat burda.

Daha ətraflı məlumat üçün təşkilatçıların saytına baxın

Qeydiyyat üçüm son vaxt:  15 may (hər ehtimala qarşı səfirliyin  özündən dəqiqləşdirin)

Müddət: hər il

Təqaüd: bütün xərclər qarşılanır

Harda: ABŞ

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *

Subscribe For Latest Updates

Qeydiyyatdan keçin və yeni təqaüdlər sizin ayağınıza gəlsin.