Almaniyada magistr təhsili almaq. DAAD

DAAD-Master-Təqaüdü  (Studienstipendien für Graduierte aller wissenschaftlichen Fächer).

Məqsəd

  • Almaniyada ali məktəblərdə magistr təhsili almaq

Müddəti

  • Bir qayda olaraq 4 semestr (bəzi proqramlar yalnız 2 və ya 3 semestr davam edir)

daad-master-scholarships-2016-for-public-policy-and-good-governance-in-germany

Təqaüdün həcmi

Aylıq təqaüd 750 avro

  • Almaniyada tibbi sığorta
  • Gediş gəliş xərcləri
  • Ailə üçün əlavə ödənc (əgər həyat yoldaşı və uşaqlar təqaüdçünü müşayiət edirlərsə)
  • Qanunda nəzərdə tutulan təhsil haqqı

500 avrodan yuxarı olan təhsil haqqını DAAD ödəmir! (belə ali məktəblər əsasən özəl ali məktəblərdir.)

 

Kimlər təqaüd üçün ərizə verə bilər:

  • Ali məktəb məzunları
  • Təhsilin sonuncu kursunda oxuyan tələbələr

Kimlər ərizə verə bilməz:

  • Ərizə verən müddətdə artıq bir ildən çox Almaniyada olan şəxslər

Siz nə oxuya bilərsiniz:

  • Nəyi və harada oxuyacağınızı siz özünüz müəyyənləşdirirsiniz. Bu işdə sizə www.study-in.de məlumat bazası yardımçı ola bilər.
  • Almanca və ya ingiliscə təhsil almaq olar.
  • Siz ərizə verərkən ərizədə oxumaq istədiyiniz 3 ixtisas sahəsini qeyd etməlisiniz. (istəklərinizin ardıcıllığına olaraq)

Təqaüdçülər necə seçilir:

Vacib seçim meyarları bunlardır:

  • Namizədin keyfiyyəti
  • Şəxsi və ixtisasla bağlı motivasiya inandırıcı olmalıdır.
  • Namizəd seçilmiş ixtisas sahəsinın formal tələblərinə cavab verməlidir.
  • Çox yaxşı alman və ya ingilis dili biliklərinə (seçilmiş ixtisasa uyğun olaraq) malik olmalısınız.

Ərizə üçün lazımi sənədlər

Aşağıda təqdim edəcəyiniz sənədlərin siyahısını tapa bilərsiniz:

Master-Checkliste

Magistr təqaüdləri üçün online ərizə forması:

www.funding-guide.de

(Funding Guide portalının istifadəsi haqqında video təlimə burada baxa bilərsiz.)

Fakultə haqqında məlumat — Magistr təqaüdləri üçün ərizə formaları

doc  pdf (Deutsch/English)

Rəy məktubu: Rəy məktubu üçün forma

DE/EN (PDF, 18 KB) DE/EN (Word, 39 KB)

(Bildiyiniz kimi DAAD təqaüdlərinə ərizə vermək üçün sizə bir və ya iki rəy məktubu (proqramdan asılı olaraq) lazımdır. Rəy məktubu yalnız professordan deyil, dosent (ali məktəb müəllimi) tərəfindən də verilə bilər. Rəy məktubunu tərtib edən şəxs sizin oxuduğunuz sahəni təmsil etməlidir. Həmin şəxsin ərizəçinin şəxsi və ixtisas keyfiyyətləri haqqında fikir söyləməsi üçün o ərizəçini yaxşı tanimalıdır. Rəy məktubu ingilis və ya alman dillərində olmalıdır.

Rəy məktubu üçün DAAD formularını istifadə etmək vacibdir!

Zəhmət olmasa rəy məktubunu 3 nüsxədə və ayrı-ayrı qapalı zərflərdə təqdim edin!

  • Dil testi:
    • İngilis dilində təhsil: TOEFL / IELTS
    • Alman dilində təhsil

    Əgər TestDaF testini verməmisinizsə, bu zaman sənədlərinizlə birgə bu testə qeydiyyat nömrənizi də təqdim etməlisiniz. Biz məsləhət görərdik ki, siz bu testi noyabr və dekabr aylarında verəsiniz.

    •  Ondaf-Test:

    Hər bir namizəd noyabr ayında ondaf-testini verməlidir. Test DAAD-nin Bakı Məlumat Mərkəzi tərəfindən keçiriləcəkdir. Yalnız namizədlərin hec bir alman dili bilikləri yoxdursa və ya onlar TestDaF testini artıq uğurla vermişlərsə bu zaman testdə iştirak etməyə bilərlər. Həmçinin ingilis dilində təhsil almaq istəyən namizədlərin alman dilindən təməl bilikləri vardırsa, bu zaman onlar ondaf testində iştirak etməlidirlər.

     www.ondaf.de

Subscribe For Latest Updates

Qeydiyyatdan keçin və yeni təqaüdlər sizin ayağınıza gəlsin.