Almaniyada Təqaüdlü Dil Kursu (DAAD)

Son qeydiyyat tarixi:  Hər il 1 dekabr 

Məqsəd:

  • Almaniyada bir neçə həftəlik kurs.

Müddət:

  • təqribən 3 — 4 həftə

Təqaüdə nə daxildir:

  • Təqaüd: 650 avro
  • Kursun ödənişi üçün: 200 avro
  • Gediş- gəliş bileti üçün: təqribən  675 avro

=  cəmi: təq. 1525 avro

1024px-flag-of-canada-vanier-park

Təqaüdün həcmi seçilmiş kursun ödəniş haqqından asılı olmayaraq bütün təqaüdçülər üçün eynidir. Kursların ödəniş haqqları isə müxtəlifdir!

Kim ərizə verə bilər:

  • Bakalavr təhsilinin II və III kurs tələbələri
  • Tibb Universitetinin tələbələri IV və V kursda da sənəd verə bilərlər.
  • Bakalavr təhsilinin sonuncu kurs tələbələri yalnız o halda sənəd verə bilərlər ki, onlar Azərbaycanda magistr təhsilinə tövsiyyə olunmaları haqqında sənəd gətirsinlər.
  • Magitsr təhsilinin I kurs tələbələri

Son 2 ildə DAAD- nin yay dil kursu təqaüdünü qazanmış tələbələr bu il ərizə verə bilməz!

Dil şərtləri:

  • Germanistika fakultəsinin tələbələri üçün dil səviyyəsi B1 və daha yaxşı,
  • başqa fakultələrin tələbələri üçün dil səviyyəsi A2 və daha yaxşı olmalıdır.

Dil kursunun seçimi:

Ərizəçilər dil kurslarını özləri seçməlidirlər. Ərizədə 3 seçim (arzularınızın ardıcıllığına uyğun olaraq) qeyd etmək lazımdır.

Kurs seçimi üçün dil kursları məlumat bazasından istifadə etmək olar:  www.daad.de/hsk-kursliste 

Yalnız bu simvollu kursları seçə bilərsiniz:   Symbol Hsk

Ərizə vermək üçün lazımi sənədlər

Təqdim edəcəyiniz sənədlərin siyahısını aşağıda əldə edə bilərsiniz:

HSK-Checkliste (Yay dil kursları)

Kurs seçimi üçün ərizə forması

Infos zur Kurswahl

Rəy məktubu üçün ərizə forması: Formular  Gutachten/ Report :

DE/EN (PDF, 18 KB) DE/EN (Word, 39 KB)

Bildiyiniz kimi DAAD təqaüdlərinə ərizə vermək üçün sizə bir və ya iki rəy məktubu (proqramdan asılı olaraq) lazımdır. Rəy məktubu yalnız professordan deyil, dosent (ali məktəb müəllimi) tərəfindən də verilə bilər. Rəy məktubunu tərtib edən şəxs sizin oxuduğunuz sahəni təmsil etməlidir. Həmin şəxsin ərizəçinin şəxsi və ixtisas keyfiyyətləri haqqında fikir söyləməsi üçün o ərizəçini yaxşı tanimalıdır. Rəy məktubu ingilis və ya alman dillərində olmalıdır. Rəy məktubu üçün DAAD formularını istifadə etmək vacibdir!

Zəhmət olmasa rəy məktubunu 3 nüsxədə və ayrı-ayrı qapalı zərflərdə təqdim edin!

DAAD tam şəkildə təqdim olunmayan ərizələri qəbul etmir!

Dil bilikləri haqqında sənəd

Ondaf-Testi:

Bu testdən bir nümunə ilə siz burada tanış ola bilərsiniz:

Ondaf-Beispieltest

Qeyd: TestDaF, DSH və ya Goethe — İnstitutun aktual (müddəti keçməmiş) sertifikatı olan tələbələr Ondaf testini verməyə bilərlər.

Ərizə və sənədlərin təhvili:

Bu il üçün ərizələri ən geci  01.12.2016-cı il tarixində Bakı Məlumat Mərkəzində təhvil verməlisiniz.

Diqqət:

  • Sənədlər tam şəkildə təqdim olunmalıdır.
  • Sənədlər 3 nüsxədə təqdim olumalıdır.
  • Düzgün ardıcıllıqda təqdim olunmalıdır.

Seçim meyarları:

Ən vacib seçim meyarları:

  • Ərizəçinin keyfiyyəti
  • İxtisasla bağlı və şəxsi motivasiya inandırıcı olmalıdır.
  • Ərizəçi təqaüd proqramının tələblərinə cavab verməlidir. (dil səviyyəsi)

Təqaüdçülərin seçimi:

  • Bütün keyfiyyətli namizədlər yazılı seçim imtahanına dəvət olunacaqlar. Bu imtahanda onlar alman dilində bir inşa yazmalıdırlar. İnşanın mövzusu əvvəlcədən elan olunmayacaq.

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *

Subscribe For Latest Updates

Qeydiyyatdan keçin və yeni təqaüdlər sizin ayağınıza gəlsin.