Böyük Britaniyanın magistratura və doktorantura təhsili üzrə Feliks təqaüd proqramı.

Təqaüd proqramı  inkişaf etməkdə olan ölkələrdən  az təminatlı tələbələrin Oksford, Reding universitetində magistratura və aspirantura dərəcəsi üzrə təhsil almalarına imkan verir. Təqaüd maliyyə yardımı olmadan həyatda yerini tapa bilməyən  tələbələr üçün nəzərdə tutulub və akademik naliyyətlərinə əsasən verilir. Təqaüd hər bir ixtisaslaşma üzrə  ayıra bilər.

Təqaüdə hər iki tərəf üçün təyyarə bileti, yaşayış, təhsil haqqı həmçinin  kitablar və tədris materialları üçün pul vəsaitləri, isti paltar və s. daxildir. Təqaüd vəsaiti həyat yoldaşlarına aid edilmir.

felix-scholarship-567x330

Feliks təqaüdünə namizədlərə olan tələblər:

  • Namizəd 30 yaşdan aşağı istedadlı, aztəminatlı və akademik istedadı olmalıdır
  • Namizəd (EEA) Avropa iqtisadi zonasının vətəndaşı olmamalıdır
  • Namizəd bakalavr elmi dərəcəsinə   və seçilmiş universitetdən tövsiyə məktubu  sahib olmalıdır
  • Namizəd yalnız bir universiteti ərizə verə bilər
  • Namizəd şifahi və yazılı ingilis dilini yaxşı bilmək
  • Namizəd əvvəllər öz doğma ölkəsinin hüdudlarından kənarda təhsil almamalıdırlar
  • Namizəd təhsil başa çatdıqdan sonra vətəninə qayıtmalı və ona fayda verməyə borcludur.

Daha ətraflı məlumat üçün təşkilatın saytını ziyarət edə bilərsiz.

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *

Subscribe For Latest Updates

Qeydiyyatdan keçin və yeni təqaüdlər sizin ayağınıza gəlsin.