Çexiya dövlətinin əcnəbi tələbələr üçün təqaüd proqramı

Məlumat

Çexiya universitetlərində bakalavr,magistr və doktorantura sahələrində təhsil almaq istəyən əcnəbi tələbələr üçün Çexiya dövləti təqaüd proqramı təsis edib.

Təqaüdün ödənişi  bakalavr dərəcəsi üçün 4 il, magistr dərəcəsi üçün 4 — 6 il və doktorantura dərəcəsi üçün 3-4 il müddətinə nəzərdə tutulub.

Təqaüdə daxildir :

Təqaüd Çexiya ərazisində təhsil və yaşayış üçün zəruri xərcləri əhatə edir, həmçinin elmlər doktoru olmayanlara  aylıq 14.000 CZK (500 avro) və elmlər doktoru dərəcəsi olan namizədlərə isə 15.000 CZK (540 avro) aylıq təqaüd təqdim edir.

daf30d03da42a5291604b3fcca07f0d0_xl

Namizədlərə olan tələblər:

Proqramda Çexiya universitetlərində bakalavr,magistr və doktorantura dərəcəsi üzrə təhsil almaq istəyən əcnəbi tələbələr iştirak edə bilər.

Təqaüd üzrə ərizəni Çexiya Respublikasının diplomatik nümayəndəliyi (səfirliyi) vaistəsilə təqdim edə bilərsiniz (ölkənizdəki diplomatik nümayəndəliklərin siyahısına buradan baxa bilərsiniz).  Namizədlərin təqaüdə müraciət etmələri üçün online blankı hər ilin 30 sentyabrına kimi doldurmaqları xahiş olunur.

Qeydiyyatın son vaxtı və namizədlər üçün olan tələblərlə bağlı suallarınızı dəqiqləşdirmək üçün namizədin ölkəsindəki  Çexiya Respublikasının  səfirliyinə müraciət edin. (Siyahıda Azərbaycan var.)

Ətraflı məlumat almaq üçün  təşkilatçıların rəsmi saytını ziyarət etməyiniz xahiş olunur.

Əlaqə

Karmelitská 529/5 118 12 Praha 1

+ 420 234 811 111

http://www.msmt.cz/

Qeydiyyat üçün son vaxt: 30 sentyabr 2016

Təqaüd: 14,000 – 15,000 CZK

Müddət: 2017 — 2018

Ölkə: Çexiya

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *

Subscribe For Latest Updates

Qeydiyyatdan keçin və yeni təqaüdlər sizin ayağınıza gəlsin.