«Charles University» universitetində (Çexiya) təhsil almaq istəyən tələbələr üçün təqaüd.

Məlumat:
«Charles University» universitetinin sosial elmlər fakültəsinin Çexiya Təhsil Nazirliyinin dəstəyi ilə inkişaf etməkdə olan ölkələrin tələbələri üçün 7 təqaüd təsis edib.

Təqaüd proqramına sosial bilimlər (elm) bakalavr dərəcəsinə qəbul olan tələbələrlə bərabər magistr dərəcəsinə qəbul olan tələbələrdə müraciət edə bilər.

Təqaüd təhsil haqqından əlavə yaşayış üçün ildə 50 000 CZK (təqribən 2050€) ödəyir.

63896507

Namizədlərə:

  • Təqaüdü inkişaf etmiş və ya inkişaf etməkdə olan ölkələrin tələbələri ala bilər.
  • Qeydiyyat formunu doldurmaq
  • Motivasiya məktubu yazmaq (1000 sözdən çox olmamalıdır)
  • 2 tövsiyyə məktubu təqdim etmək
  • Tələbənin maddi yardıma ehtiyacı olduğu haqda sənəd təqdim etmək

Sənədlər ingilis dilində olmalıdır və ya rəsmi tərcümə ilə təsdiqlənməlidir. Bütün sənədləri universitetin beynəlxalq əlaqələr şöbəsinə göndərmək lazımdır.  Butün namizədlər mütləq qəbul olmaq istədikləri proqramın adını qeydiyyat formunda göstərməlidirlər.

Sənədlər 30 aprel tarixinə qədər qəbul olunur.

Daha ətraflı məlumatı təşkilatçıların saytından əldə edə bilərsiz.

Əlaqə:

Faculty of Social Sciences Charles University in Prague Smetanovo nabrezi 6 110 01 Prague 1 Czech Republic

(+420) 222 112 228

http://fsveng.fsv.cuni.cz/FSVEN-320.html

Son qeydiyyat tarixi: 30 aprel 2017

Təqaüd: Tam təqaüd

Nə vaxt: Hər il

Harada: Çexiya, Praqa

 

 

 

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *

Subscribe For Latest Updates

Qeydiyyatdan keçin və yeni təqaüdlər sizin ayağınıza gəlsin.