Çin Xalq Respublikasında Təqaüd proqramı

Proqram hər iki ölkənin vətəndaşlarına tələbə mübadiləsi əsasında qarşı ölkənin ali məktəblərində arzu etdikləri ixtisas üzrə təhsil almaq imkanı yaradır. Dövlətlərarası müqavilə çərçivəsində indiyədək 90 nəfər Azərbaycan Respublikası vətəndaşı ÇXR-ın yüksək reytinqli ali təhsil müəssisələrində müxtəlif təhsil səviyyələri və ixtisasları üzrə təhsil almaq hüququ qazanmışdır. Universitetlərdə tədris çin dilində olduğuna görə təqaüd proqramı çərçivəsində təhsil almaq hüququ qazanacaq tələbələr bir və ya iki il müddətində çin dili üzrə hazırlıq kursu keçməlidirlər. Proqramda iştirak edən universitetlərin siyahısı ilə aşağıdakı linklərdən  tanış ola bilərsiniz.

http://www.csc.edu.cn/studyinchina/

http://www.csc.edu.cn/laihua/universityen.aspx

İxtisas seçimi üzrə məhdudiyyət tətbiq edilmədiyinə görə təhsil almaq istədiyiniz ixtisasın müəyyən edilməsi məqsədilə müsabiqədə iştirak edən universitetlərin internet səhifələrində müvafiq məlumatlarla tanış olmağınız xahiş olunur.

%d0%b1%d0%b5%d0%b7-%d0%bd%d0%b0%d0%b7%d0%b2%d0%b0%d0%bd%d0%b8%d1%8f-1

 

Tələbələr üçün nəzərdə tutulmuş təqaüd aşağıdakı xərcləri əhatə edir:

Çin tərəfindən:

  •  Ali məktəbdə qeydiyyat xərci
  •  Təhsil haqqı
  •  Laboratoriya xərci
  •  Təcrübə (internship) xərci
  •  Tədris materialları
  •  Yataqxana xərci
  •  Aylıq yaşayış xərci

Təqaüd Proqramına daxil olan xərclər (hər tədris ili üzrə) təhsil səviyyələrinə və ixtisaslara uyğun olaraq aşağıdakı kimi hesablanmışdır:

  • Bakalavriat tələbələri üçün: 59200- 66200 Yuan arası =16.100 Azn
  • Magistratura tələbələri üçün: 70200- 79200 Yuan arası =19.200 Azn
  • Doktorantura tələbələri üçün: 87800- 99800 Yuan arası = 23.900 Azn

Təhsil Nazirliyi tərəfindən:

  • Aviabilet (hər tədris ilində yalnız bir dəfə — gediş-gəliş bileti)

Tələb olunan sənədlər:

Bakalavriat səviyyəsi üçün

1. Anket forması
http://www.edu.gov.az/upload/file/Beynelxaql-emekdashliq/2016/cin-elan/anket.doc
Qeyd: Müsahibə zamanı təqdim ediləcək sənədlərə 6 ədəd rəngli fotoşəkil (3,5×4,5 sm.
ölçüdə) əlavə edilməlidir.
2. Ümumi orta təhsil haqqında (attestat) və ya orta ixtisas təhsili haqqında sənədin (mövcud
olmadığı halda təhsil aldığınız məktəb tərəfindən müvafiq sənədlər əvəzinə verilmiş arayış)
notariat qaydada təsdiq edilmiş surəti;
3. Hazırda təhsil aldığınız ali məktəb tərəfindən verilmiş təhsil haqqında arayış və ən son
transkript/fənlər üzrə akademik göstəricilər (ingilis dilinə tərcümə əlavə edilməklə) / 2 nüsxə;
4. Təhsil alacağınız ixtisasla bağlı məqsəd və gözləntiləriniz barədə minimum 500 sözdən ibarət qısa xülasə (ingilis dilində). Mövzu seçimi ilə əlaqədar heç bir məhdudiyyət müəyyən
olunmamışdır / 2 nüsxə;
5. Musiqi ixtisası üzrə qəbul olmaq istəyənlərin öz işləri ilə bağlı CD, incəsənətlə bağlı müraciət
edənlər iki eskiz, iki rəngli şəkil və ya başqa işlərinin əlavə olunduğu CD;
6. Fəxri təltiflər, sertifikatlar, diplomlar və digər bu kimi sənədlərin surətləri (mövcud olduğu
halda);
7. HSK Sertifikatı (mövcud olduğu halda);
8. CV və ya tərcümeyi-hal (azərbaycan və ya ingilis dilində);
9. Şəxsiyyət vəsiqəsinin surəti;
10. Ümumvətəndaş pasportunun surəti.

Qeyd: 18 yaşdan aşağı olan ərizəçilər üçün Çindən qəyyumluq haqqında sənəd əldə olunmalıdır.

Yaş məhdudiyyəti 25 yaşa qədərdir.

 

Magistratura səviyyəsi üçün:

1. Anket forması
http://www.edu.gov.az/upload/file/Beynelxaql-emekdashliq/2016/cin-elan/anket.doc
Qeyd: Müsahibə zamanı təqdim ediləcək sənədlərə 6 ədəd rəngli fotoşəkil (3,5×4,5 sm.
ölçüdə) əlavə edilməlidir.
2. Ümumi orta təhsil haqqında (attestat) və ya orta ixtisas təhsili haqqında notariat qaydada
təsdiq edilmiş sənədin surəti;
3. Ali təhsil haqqında sənəd (bakalavriat səviyyəsindən məzun olanlar üçün) və diploma
əlavənin (mövcud olmadığı halda təhsil aldığınız ali məktəb tərəfindən diplom əvəzinə məzun
olduğunuza dair verilmiş arayış və transkript) azərbaycan və ingilis dillərində notariat
qaydada təsdiq edilmiş surəti / 2 nüsxə;
Qeyd: namizəd bakalavr diplomunu xarici təhsil müəssisəsinin məzunu olaraq almışdırsa,
həmin ali təhsil sənədin Azərbaycan Respublikası ərazisində tanınması/nostrifikasiyasına
dair sənədin surəti;
4. Hərbi xidmətə çağırışdan möhlət hüququnu təsdiq edən sənəd və ya hərbi biletin notariat
qaydada təsdiq olunmuş surəti;
5. Təhsil alacağınız ixtisasla bağlı məqsəd və gözləntiləriniz və ya tədqiq edəcəyiniz mövzu
barədə minimum 800 sözdən ibarət qısa xülasə (ingilis dilində). Mövzu seçimi ilə əlaqədar
heç bir məhdudiyyət müəyyən olunmamışdır / 2 nüsxə;
6. Musiqi ixtisası üzrə qəbul olmaq istəyənlərin öz işləri ilə bağlı CD, incəsənətlə bağlı müraciət
edənlər iki eskiz, iki rəngli şəkil və ya başqa işlərinin əlavə olunduğu CD;
7. Fəxri təltiflər, sertifikatlar, diplomlar və digər bu kimi sənədlərin surətləri (mövcud olduğu
halda);
8. HSK Sertifikatı (mövcud olduğu halda);
9. CV və ya tərcümeyi-hal (azərbaycan və ya ingilis dilində);
10. Şəxsiyyət vəsiqəsinin surəti;
11. Ümumvətəndaş pasportunun surəti;
12. 2 ədəd tövsiyə məktubu (ingilis dilində) / 2 nüsxə.

Magistr tələbələri üçün yaş məhdudiyyəti 35-dir.

 

Doktorantura səviyyəsi üzrə:

1. Anket forması
http://www.edu.gov.az/upload/file/Beynelxaql-emekdashliq/2016/cin-elan/anket.doc
Qeyd: Müsahibə zamanı təqdim ediləcək sənədlərə 6 ədəd rəngli fotoşəkil (3,5×4,5 sm.
ölçüdə) əlavə edilməlidir.
2. Ümumi orta təhsil haqqında (attestat) və ya orta ixtisas təhsili haqqında notariat qaydada
təsdiq edilmiş sənədin surəti;
3. Ali təhsil haqqında sənəd (bakalavriat və magistratura səviyyəsindən məzun olanlar üçün) və
diploma əlavənin (mövcud olmadığı halda təhsil aldığınız ali məktəb tərəfindən diplom əvəzinə
məzun olduğunuza dair verilmiş arayış və transkript) azərbaycan və ingilis dillərində notariat
qaydada təsdiq edilmiş surəti / 2 nüsxə;
Qeyd: namizəd bakalavr və ya magisrt diplomunu xarici təhsil müəssisəsinin məzunu olaraq
almışdırsa, həmin ali təhsil sənədin Azərbaycan Respublikası ərazisində
tanınması/nostrifikasiyasına dair sənədin surəti;
4. Hərbi xidmətə çağırışdan möhlət hüququnu təsdiq edən sənəd və ya hərbi biletin notariat
qaydada təsdiq olunmuş surəti;
5. Təhsil alacağınız ixtisasla bağlı məqsəd və gözləntiləriniz və ya tədqiq edəcəyiniz mövzu
barədə minimum 800 sözdən ibarət qısa xülasə (ingilis dilində). Mövzu seçimi ilə əlaqədar
heç bir məhdudiyyət müəyyən olunmamışdır / 2 nüsxə;
6. Musiqi ixtisası üzrə qəbul olmaq istəyənlərin öz işləri ilə bağlı CD, incəsənətlə bağlı müraciət
edənlər iki eskiz, iki rəngli şəkil və ya başqa işlərinin əlavə olunduğu CD;
7. Fəxri təltiflər, sertifikatlar, diplomlar və digər bu kimi sənədlərin surətləri (mövcud olduğu
halda);
8. HSK Sertifikatı (mövcud olduğu halda);
9. CV və ya tərcümeyi-hal (azərbaycan və ya ingilis dilində);
10. Şəxsiyyət vəsiqəsinin surəti;
11. Ümumvətəndaş pasportunun surəti;
12. 2 ədəd tövsiyə məktubu (ingilis dilində) / 2 nüsxə.

Doktorantura üçün yaş məhdudiyyəti 40-dır.

 

Ətraflı məlumat üçün Təhsil Nazirliyi ilə əlaqə yaradın.

Təqaüd proqramı ilə bağlı suallarınızı china.admissions@edu.gov.az elektron poçtuna ünvanlaya bilərsiniz.

 

 

 

 

 

Subscribe For Latest Updates

Qeydiyyatdan keçin və yeni təqaüdlər sizin ayağınıza gəlsin.