College of Europe Təhsil almaq üçün Tam Təqaüd

College of Europe magistratura dərəcəsi üzrə təhsil almaq istəyən tələbələrə 2017-2018 ci təhsil ili üzrə tam təqaüd proqramı təklif edir.  College of Europe avropanın ən qədim və nüfuzlu ali məktəblərindən biridir. Kollec Belçika və Polşada yerləşir. Tədrisin əsas məqsədi — avropaya inteqrasiya  və avropa gələcək liderlərinin yetişməsi üçün prosesləri anlamaq üçündür. Tam təqaüd təhsil, yaşayış, yemək və nəqliyyat xərcləri ödəyir.

natolin-2-web

Namizədlərə olan tələb:

  • EPN ölkələrinin vətəndaşları olmalı (Azərbaycan, Misir, İsrail, İordaniya, Livan, Liviya, Mərakeş, Fələstin, Suriya, Tunis, Ukrayna, Belarus, Moldova, Gürcüstan)
  • Bakalavr dərəcəsi olmalı
  • İngilis yaxud fransız dilini əla bilmək.

Təqaüd almaq üçün aşağıda göstərilən sənədlərlə bir yerdə  online müraciət etmək lazımdır:

  • Artıq əldə olunan elmi dərəcələr (bakalavr)
  • Namizədin almaq istədiyi elmi dərəcənin adı
  • Akademik tədbirlərdə iştirak
  • Peşə fəaliyyətində əldə edilən təcrübə
  • Dil biliyi testinin nəticələri
  • Motivasiya məktub (600 sözdən artıq olmamalı)
  • 2 uiversitet müəlliminin adı və elektron poçt ünvanlar (tövsiyələr haqqında məlumat onların elektron poçtlarına gələcək)
  • CV;
  • Diplomun surəti (ana dilində və ingilis dilinə və ya fransızcaya tərcüməsi ilə)
  • Diplom əlavəsi (ana dilində və ingilis dilinə və ya fransızcaya tərcüməsi ilə)
  • Pasportun surəti
  • Pasporta uygun foto

Sənədlər PDF formatında qəbul olunur.  Sənədlərin verilməsi ilə bağlı təlimata təşkilatçıların saytında mütləq tanış olun.

Daha ətraflı məlumat üçün təşkilatçıların saytını ziyarət edin.

Əlaqə:

Admissions Office College of Europe Dijver 11 BE-8000 Brugge Belgium

+32 50 47 71 11

Qeydiyatın son tarixi: 18 yanvar 2017

Təqaüd: Tam

Nə vaxt: Hər il

Harada: Belçika, Polşa

 

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *

Subscribe For Latest Updates

Qeydiyyatdan keçin və yeni təqaüdlər sizin ayağınıza gəlsin.