DAAD-dan İqtisadiyyat proqramı üzrə Magistr Təqaüd (ERP magistr təqaüdü)

ERP master təqaüdü (iqtisadiyyat sahəsi üzrə)

Son qeydiyyat tarixi: Hər ilin 1 Noyabr qədər

(ERP təqaüd proqramı Almaniya İqtisadiyyat və Texnologiya Nazirliyi tərəfindən European Recovery Program (ERP) –nın maliyyəsi ilə həyata keçirilir.)

Məqsəd

  • Almaniyada ali məktəblərdə iqtisadiyyat üzrə master təhsili almaq.

Müddəti

  • 4 semestr

ERP proqramında yalnız 4 semestrlik master proqramları iştirak edir.

Əgər siz 3 və ya 2 semestrlik təqaüdlə maraqlanırsınızsa, bu zaman bizim normal DAAD təqaüdünə sənəd verin. Bu haqda geniş məlumatı buradan ala bilərsiniz.

Təqaüdün həcmi

Aylıq təqaüd 750 avro

  • Almaniyada tibbi sığorta
  • Gediş gəliş xərcləri
  • Əlavə ödənişlər
  • Qanunda nəzərdə tutulan təhsil haqqı

500 avrodan yuxarı olan təhsil haqqını DAAD ödəmir! (belə ali məktəblər əsasən özəl ali məktəblərdir.)

font-b-german-b-font-map-wall-sticker-map-of-germany-wall-decal-3d-modern

Kimlər təqaüdə ərizə verə bilər:

  • Ali məktəb məzunları
  • Təhsilin sonuncu kursunda oxuyan tələbələr

Kimlər ərizə verə bilməz:

  • Ərizə verən müddətdə artıq bir ildən çox Almaniyada olan şəxslər

Siz nə oxuya bilərsiniz:

  • Almanca və ya ingiliscə təhsil almaq olar.
  • Siz ərizə verərkən ərizədə oxumaq istədiyiniz 3 ixtisas sahəsini qeyd etməlisiniz. (istəklərinizin ardıcıllığına olaraq)

Təqaüdçülər necə seçilir:

Vacib seçim meyarları bunlardır:

  • Namizədin keyfiyyəti
  • Şəxsi və ixtisasla bağlı motivasiya inandırıcı olmalıdır.
  • Namizəd seçilmiş ixtisas sahəsinın formal tələblərinə cavab verməlidir.
  • Çox yaxşı alman və ya ingilis dili biliklərinə (seçilmiş ixtisasa uyğun olaraq) malik olmalısınız.

Ərizə üçün lazımi sənədlər

Aşağıda təqdim edəcəyiniz sənədlərin siyahısını tapa bilərsiniz:

Master-Checkliste

Magistr təqaüdləri üçün online ərizə forması:

www.funding-guide.de 

(Funding Guide portalının istifadəsi haqqında video təlimə burada baxa bilərsiz.)

Fakultə haqqında məlumat — Magistr təqaüdləri üçün ərizə formaları

doc  pdf (Deutsch/English)

Rəy məktubu: Rəy məktubu üçün forma

DE/EN (PDF, 18 KB) DE/EN (Word, 39 KB)

(Bildiyiniz kimi DAAD təqaüdlərinə ərizə vermək üçün sizə bir və ya iki rəy məktubu (proqramdan asılı olaraq) lazımdır. Rəy məktubu yalnız professordan deyil, dosent (ali məktəb müəllimi) tərəfindən də verilə bilər. Rəy məktubunu tərtib edən şəxs sizin oxuduğunuz sahəni təmsil etməlidir. Həmin şəxsin ərizəçinin şəxsi və ixtisas keyfiyyətləri haqqında fikir söyləməsi üçün o ərizəçini yaxşı tanimalıdır. Rəy məktubu ingilis və ya alman dillərində olmalıdır.

Rəy məktubu üçün DAAD formularını istifadə etmək vacibdir!

Zəhmət olmasa rəy məktubunu 3 nüsxədə və ayrı-ayrı qapalı zərflərdə təqdim edin!

Dil testi:

  • İngilis dilində təhsil

TOEFL və ya İELTS sertifikatı

  • Alman dilində təhsil

Əgər TestDaF testini verməmisinizsə, bu zaman sənədlərinizlə birgə bu testə qeydiyyat nömrənizi də təqdim etməlisiniz. Biz məsləhət görərdik ki, siz bu testi noyabr və dekabr aylarında verəsiniz.

  •  Ondaf-Test:

Hər bir namizəd noyabr ayında ondaf-testini verməlidir. Test DAAD-nin Bakı Məlumat Mərkəzi tərəfindən keçiriləcəkdir. Yalnız namizədlərin hec bir alman dili bilikləri yoxdursa və ya onlar TestDaF testini artıq uğurla vermişlərsə bu zaman testdə iştirak etməyə bilərlər. Həmçinin ingilis dilində təhsil almaq istəyən namizədlərin alman dilindən təməl bilikləri vardırsa, bu zaman onlar ondaf testində iştirak etməlidirlər.

 www.ondaf.de

Alman dili bilikləri olmadan yalnız ingilis dili bilikləri ilə də proqramda iştirak etmək olar.

Tam şəkildə təqdim olunmayan ərizələri DAAD qəbul etmir!

Sənədlərin təhvili:

  •   Sənədlər ən gec 01.11.2016-cı il tarixinə kimi Bakı Məlumat Mərkəzinə təqdim olunmalıdır

Vacibdir

  • Ərizələr tam şəkildə təhvil olunmalıdır.
  • «Application Summary» 3 nüsxədə təqdim olunmalıdır.
  • Düzgün ardıcıllıqda təqdim olunmalıdır.

! Siz eyni zamanda həm DAAD-ERP, həm də normal DAAD proqramına ərizə verə bilməzsiniz. Siz bu proqramlardan yalnız birinə sənəd verə bilərsiniz.

Universitetə qəbul

Siz təqaüd üçün ərizə verdikdən sonra seçdiyiniz universitetə qəbul olunmaq üçün universitetə müraciət etməlisiniz. (Bunun üçün universitetin saytına baxmaqla ərizə vermək vaxtı haqqında məlumatlana bilərsiniz.) Siz seçdiyiniz hər 3 universitetə müraciət etməlisiniz.

Deməli siz payızda DAAD təqaüdünə ərizə verdikdən sonra universitetə daxil olmaq üçün səy göstəririsiniz (universitetə ərizə vermək vaxtı adətən yaz yay aylarında olur). DAAD təqaüdçülərinin bir qayda olaraq bu sahədə heç bir çətinlikləri olmur.


Almaniyada təhsildən əvvəl dil kursları:

Təqaüdçülərin dil biliklərindən asılı olaraq onlar təhsildən əvvəl Almaniyada. DAAD tərəfindən maliyyələşəcək bir neçə aylıq alman dili kursu keçirlər. Həmçinin ingilis dilində təhsil alacaq namizədlərə bir qayda olaraq 2 aylıq alman dili kursu verilir. Bu kurslarda iştirak məcburidir.

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *

Subscribe For Latest Updates

Qeydiyyatdan keçin və yeni təqaüdlər sizin ayağınıza gəlsin.