DAAD-dan növbəti təqaüd

İş təcrübəsi olan şəxslər üçün DAAD təqaüdü

Məzunlar üçün „İnkişaf etməkdə olan və keçid iqtisadiyyatlı ölkələr“ mahiyyətli  təhsil təqaüdü

Məqsəd: 

  • Bir alman ali məktəbində magistr təhsili və ya  doktorantura
  • İnkişaf siyasəti mahiyyətli ixtisaslar

Müddəti:

  • Bir qayda olaraq magistr təhsili 2-4 semestr.

daad_jubilaumsfahnen_haupthaus

 

Kim sənəd verə bilər:

  • Ali məktəb məzunları (Ərizə verilən zaman ərizəçilər ali məktəbi 6 ildən çox olmayaraq bitirmiş olmalıdır)
  • Ən azı iki illik iş təcrübəsi (inkişaf siyasəti ilə bağlı olmalıdır.)
  • Ərizə verilən vaxt Almaniyada artıq bir ildən çox olan şəxslər müraciət edə bilməzlər

Şərtlər:

  • Çox yaxşı alman və ya ingilis dili bilikləri olmalıdır (ixtisasdan asılı olaraq)
  • Çox yaxşı təhsil nəticələri olmalıdır
  • İnandırıcı və inkişaf siyasəti baxımından əhəmiyyətli əsaslanma məktubu
  • İxtisaslardan asılı olaraq əlavə şərtlər mövcud ola bilər

Siz yalnız bu siyahıda olan ixtisaslara sənədlə müraciət edə bilərsiniz:Liste

Əgər başqa bir ixtisasa sənəd vermək istəyirsinizsə, bu zaman DAAD-nin normal master təqaüd programlarına müraciət edə bilərsiniz. Bu təqaüd proqramı haqqında ətraflı məlumatı buradan ala bilərsiniz.

Ərizə vermə müddəti 2016:

Hər il 30 September və ya 15 Oktober: Almaniyada müvafiq ali məktəbdə (vaxtını dəqiqləşdirin)

Ərizə üçün lazımi sənədlər:

Sənədlər haqqında məlumatı buradan götürün.

405-convocatorias_de_becas_daad

Təqaüd:

  • Aylıq təqaüd 750 €
  • Almaniyada sağlamlıq sığortası
  • Səfər xərcləri üçün ümumi miqdar
  • Ailəli təqaüdçülərə maddi dəstək (əgər həyat yoldaşı və uşaq təqaüdçünü Almaniyaya müşayiət edirsə)

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *

Subscribe For Latest Updates

Qeydiyyatdan keçin və yeni təqaüdlər sizin ayağınıza gəlsin.