Danimarka dövlətinin əcnəbi tələbələr üçün təqaüd proqramı

Məlumat

Danimarka dövləti istedadlı tələbələri Danimarkada təhsil almağa dəvət edir. Danimarka Təhsil Nazirliyi və Xarici İşlər Nazirliyi hər il əcnəbi tələbələr üçün bir sıra təqaüd proqramları ayırır. Təqaüd proqramına Avropa Birliyinə daxil olmayan ölkələrin vətəndaşları müraciət edə bilər. Təqaüdü adı çəkilən ölkənin təhsil proqramlarının əyani formasına qəbul olan tələbələr ala bilər.

Dövlət təqaüdü iki hissədən ibarətdir və təhsilin,yaşayış xərclərinin tam və ya bir hissəsini ödəyir.

photo

Təqaüdlərin idarə olunması ilə Danimarkanın ali təhsil idarəsi məşqul olur, bu səbəbdən ətraflı məlumat üçün namizədlər təhsil alacaqları universitetlərdən almalıdırlar.

Namizədlər üçün tələblər

  • Namizəd Avropa Birliyinin üzv olan ölkənin vətəndaşı olmamalıdır.
  • Namizəd ölkədəki universitetlərin birinin bakalavr, maqistr və doktorantura proqramlarının birinə əyani təhsil formasına qəbul olmalıdır.

Proqramda iştirak edən universitetlər.  Hər universitet kimin təqaüd alacağına özü sərbəst qərar verir.  Proqramın şərtləri ilə bağlı ətraflı məlumatı qəbul olmaq istədiyiniz universitetdən almalısınız.

Qeydiyyatın son vaxtı universitetin öz qərarın görə dəyişir.  Əgər dərslər sentyabr ayında təhsil almağa başlayırsa qeydiyyatın son vaxtı mart-aprel aylarında olacaq, əgər fevralda təhsil başlayırsa son qeydiyyat vaxtı sentyabr- oktyabrda olacaq.

Təqaüdlə bağlı ətraflı məlumatı burdan ala bilərsiz.

Əlaqə

http://studyindenmark.dk/study-options/tuition-fees-scholarships/tuition-fees-and-scholarships

Son qeydiyat vaxtı: 15 oktyabr 2016

Təqaüd: xərclərin ödənilməsi

Müddəti: hər il

Harda: Danimarka

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *

Subscribe For Latest Updates

Qeydiyyatdan keçin və yeni təqaüdlər sizin ayağınıza gəlsin.