Dünya Bankında Maaşlı (Təqaüdlü) Təcrübə Proqramı.

Məlumat:
Dünya bankı iqtisadi və sosial aspektləri insanların həyatına təsir göstərən bütün dünyada maraq göstərən gənclərə maaşlı (təqaüdlü) təcrübə keçmək təklif edir. Təcrübə proqramı tədris, iş və praktiki təcrübə əldə etmək üçün müxtəlif imkanlar təklif edir.

Bank öz təcrübəçilərinə  aylıq təqaüd verir və  lazım gələrsə nəqliyyat xərclərinin ödənilməsi üçün qrant verir.

Dünya bankı, təcrübə,tecrube

Namizədlərə olan Tələblər:

  • Bakalavr dərəcəsi olmalı
  • Magistratura və ya doktorantura proqramlarının birində əyani təhsil formasında təhsil almalı. Magistratura və ya doktorantura dərəcəsinin birinci ilini bitirən namizədlərə üstünlük verilir
  • Bu sahələr üzrə təhsil alan tələbələr: İqtisadiyyat, maliyyə, insan potensialının inkişafına (səhiyyə, təhsil, qidalanma, əhali), sosial elmlər (antropologiya, sosiologiya), kənd təsərrüfatı, ekologiya, özəl sektorun inkişafı və bunlara yaxın növlər
  • İngilis dilini əla bilən tələbələr
  • İş təcrübəsinə, kompüterlə işləmək bacarığı, bir və ya bir neçə dil bilmək arzu olunandır: Fransız, ispan, rus, ərəb, portuqal, çin.

Yay təcrübəsi  üçün   (iyun — sentyabr) dekabrın 1-dən yanvarın 31-dək qəbul olunur. Təşkilatçıların saytında online qeydiyyatdan keçə bilərsiz.

Qış təcrübəsi üçün (dekabr — mart)  oktyabrın 1-dən 31-dək qeydiyyatdan keçməlisiniz.

Ətraflı məlumat üçün Təşkilatçıların saytını ziyarət edin.

  • Qeydiyyat son Tarixi: 31 Yanvar 2017
  • Təqaüd: aylıq maaş (Xahiş edirəm maaşın məbləğini məndən soruşmayın)
  • Tarix: İldə iki dəfə

Əlaqə:

İxtisaslar: Tibb, Təhsil, Kənd təsərrüfatı, Ekologiya, İqtisadiyyat, Sosiologiya, antropologiya

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *