Elizabeth Greenshields Fondunun gənc rəssamlar üçün qrant Müsabiqəsi

Məlumat:

Elizabet Qrinşilds Fondu istedadlı gənc rəssamlara onların yaradıcılıq yolunun ilkin mərhələlərində maliyyə yardımı göstərir. Qrantlar  qravür, rəsm, rəngkarlıq və heykəltəraşlıq sahəsində işləyən namizədlərə verilir.

Qrant 15.000-18.000 kanada dolları təşkil edir, lakin fond mükafatı digər məbləğdə vermək hüququnu özündə saxlayır. Əldə olunan pul mükafatı  incəsənət ilə bağlı müxtəlif məqsədlər üçün istifadə oluna bilər: Studiyanın icarəsi, materialların alınmasına, təhsil, nəqliyyat xərcləri və sair. Müsabiqənin və ya layihənin qalibləri  işləri başa çatdıqdan sonra öz yaradıcılıq fəaliyyəti haqqında ətraflı hesabat təqdim etməlidirlər.

Müsabiqədə iştirak etmək üçün ərizələr istənilən vaxt qəbul olunur. Sənədlər adi poçtla göndərilməlidir.

indir-2

 

Namizədlərə olan tələblər:
Müsabiqədə hər bir ölkədən boyakarlıq, qrafika, heykəltəraşlıq və qravür üslubunda işləyən rəssam və ya tələbə iştirak edə bilərlər. Onlar həyat və karyeralarını incəsənətə bağlamaq arzusu və istəklərini nümayiş etməlidirlər. Qeydiyyat olunan vaxtda namizədlərin yaşı 18-dən almamalıdır. Kommersiya rəssamları, fotoqraflar, kinomatoqrafçılar, foto-rəssamlar iştiraka qəbul olunmur.  Mücərrəd rəssamların işləri də baxılmır.

Müraciət formu:
2017-ci ilin müsabiqəsində iştirak etmək üçün aşağıdakı sənədləri və ərizə formasını doldurmaq lazımdır:

  • Son iki il ərzində 6 iş olan olan CD
  • Pasportun surəti
  • Namizədlərin bundan öncəki hər bir sərgilərinə aid qəzet kəsikləri, elanlar, rəy, dəvətnamə surəti və digər yazılı materiallarını təqdim etməli
  • İştirakçı alacağı qrant vaistəsiylə həyata keçirəcəyi layihənin təsvir etməli
  • Layihənin büdcəsinin ətraflı təsviri
  • Rəssamların yaradıcılıq fəaliyyətinin qiymətləndirilməsi üçün  müəllim, professorun  və ya qalereyanın kuratorunun tövsiyyə məktubunu təqdim etməli

Bütün sənədlər və materiallar  fransız və ya ingilis dilində təqdim olunmalıdır.

Əlavə məlumat üçün fondun saytına baxın

Əlaqə:

1814, Sherbrooke Street West Montreal (Quebec) H3H 1E4 Canada

+1 514 937 9225

Ölkə: Kanada

Mükafat: CAD $15 000 — $18 000

Qeydiyyatın son müddəti: — İl ərzində

Subscribe For Latest Updates

Qeydiyyatdan keçin və yeni təqaüdlər sizin ayağınıza gəlsin.