Fransada əcnəbi tələbələr üçün Eyfel təqaüd proqramı.

Proqram müvəffəqiyyətli əcnəbi tələbələri Fransa universitetlərində maqistr və doktorantura sahələrində təhsil almaqlarını üçün yaradılmışdır. Eyfel təqaüd proqramı Fransanın xarici işlər nazirliyi və beynəlxalq inkişaf  departamenti tərəfindən təsis edilmişdir.

Təqaüd fondu maqistr proqramlarını 12 ay,24 ay, 36 ay və doktorantura proqramlarını 10 ay  müddətinə maliyyələşdirir.

Eyfel təqaüd proqramı Fransanın bütün universitet və akademiyalarında keçərlidir.

Təqaüdə əsasən aşağıda göstərilən 3 sahənin tələbələri namizəd ola bilər:

  • texniki bilimlər;
  • iqtisadiyyat,idarəçilik;
  • hüquq, siyasi bilimlər.

Eyfel təqaüd proqramının maqistr tələbələrinə aylıq 1.181 avro təqaüd verilir (1.031 avro xərclərin ödənilməsi üçün və 150 avro aylıq cibb xərci).  Doktorantura tələbələri üçün isə aylıq təqaüd 1400 avrodur. Bunlardan başqa təqaüd müəyyən xərcləridə ödəyir məsələn, beynəlxalq uçuşlar,siğorta, mədəni tədbirlər.  Müəyyən şərtlər altında tələbələr yaşayış xərclərini ödmək üçün təqaüdlərinə müəyyən müavinətlər (əlavə pul) ala bilərlər.

programme-eiffel

Namizədlərə olan tələblər:

Eyfel təqaüdünə iddia edə bilərlər:

  • Fransa vətəndaşı olmamalı. Əğər, tələbə  ikili vətəndaşdırsa və vətandaşlıqlarından biri fransa dövlətinə aiddirsə bu zaman tələbə təqaüdə namizəd ola bilməz;
  • namizəd maqistr təhsilinə qeydiyyat zamanı 30 yaşdan yuxarı ola bilməz, 07.03.1985  tarixindən sonra doğumlu olmamalıdır»
  • namizəd doktora  təhsilinə qeydiyyat zamanı 35 yaşdan yuxarı ola bilməz, 07.03.1980  tarixindən sonra doğumlu olmamalıdır»
  • Fransanın ali təhsil müəssisələrinin yuxarıda qeyd olunan proqramlar üzrə birinə qəbul olmalıdır;
  • bundan öncə Fransa dövlət təqaüdünün qalibi olmamalı;
  • maqistr təhsili zamanı Eyfel təqaüd proqramının qalibi olmusunuzsa, bu zaman doktoranturada bu təqaüd proqramına iddialı ola bilmərsiz.
  • əgər namizəd qeydiyyatdan keçib və müraciəti rədd edilibsə,bu zaman onun müraciətinə təkrarən baxılmayacaq hətta onlar başqa təhsil müəssisəsinə və başqa proqram üzrə qəbul olsalarda;
  • namizədlərin təhsil müəssisələrinə seçim turunda fransız dilli olmayan tələbələrin dil biliyi səviyyəsidə nəzərə alınacaq.  Dil biliyi nə qədər yüksək olsa ŞANSINIZ o qədər çoxdur.

Eyfel təqaüd proqramı namizədlərin özlərindən müraciət qəbul etmir,  ancaq Fransanın ali təhsil müəssisələrindən müraciət qəbul edir.  Bu o deməkdir ki, siz universitetə qəbul olursuz və qəbuldan sonra universitetin adiyyatı şöbəsinə müraciət edib bildirirsiz ki, siz   Eyfel təqaüdü proqramında iştirak etmək istəyirsiz onlarda sizin sənədləri proqrama  təqdim edir.

Təqaüdə müraciət etmək üçün son vaxt 8 yanvardır. Nəticələr martın axırıncı həftəsində açıqlanır.

Təqaüd haqda ətraflı məlumatı buradan ala bilərsiz.

Əlaqə:            

Ünvan: Campus France — Programme Eiffel
28 rue de la Grange-aux-Belles
75010 Paris

Müddər: hər il

Qeydiyyat üçün son vaxt: 8 yanvar

Hara: Fransa

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *

Subscribe For Latest Updates

Qeydiyyatdan keçin və yeni təqaüdlər sizin ayağınıza gəlsin.