Humanity Photo Awards 2017 foto-müsabiqəsi

Məlumat:
1998-ci ildən fəaliyyət göstərən «Association Photographic China Folklore» assosiasiyası foto-müsabiqə keçirir. Müsabiqəyə dünyanın bütün fotoqrafları dərinliyi və gözəlliyi ifadə edən folklor, xalq adətləri və mədəniyyəti  şəkillərini verə bilər.

Müsabiqə kamera istifadə edə bilən məsuliyyətli fotoqraflar üçün nəzərdə tutulub:

  • Nəsli kəsilməkdə olan millətlərin xilası və xalq mədəniyyətlərin öyrənilməsi ;
  • Müxtəlif xalqların dirçəliş mədəniyyətləri;
  • Dünyanın ayrı-ayrı mədəniyyətlərinin yayılması və mübadiləsi üçün insanlar arasında qarşılıqlı anlaşmanın gücləndirilməsi məqsədi ilə;
  • Müxtəlif ölkələrinin folklor muzeyinə və dünya mədəniyyətinə töhfə edərək fotoları paylaşmaq

art-candy-color-colors-favim-com-521554

Fotolar bu kateqoriyalarda olmalıdır:

  • Portret və geyimlər;
  • Memarlıq;
  • Həyat mədəniyyəti;
  • İstehsalat və kommersiya;
  • Bayram şənliyi;
  • Ənənəvi mərasimlər.

Bütün qalib fotoqraflar- 3 gündən 6 günədək müvafiq tədbirin mükafatlandırma mərasiminə də dəvət olunacaq. Fotoqraflara  avia-uçuş tam ya da qismən mərasim təşkilatçıları tərəfindən ödəniləcək.

Mükafatlandırma mərasiminə və sərginin açılışına dəvətnamə almaqla yanaşı (yol xərci və yerləşdirmə təşkilatçılar tərəfindən ödənilir) 6 qrand -pri üzrə 2000$ məbləğində mükafat fondunun olması planlaşdırılıb.

Namizədlərə olan tələblər:
Yaş, cins, peşəkarlıq,milliyyət fərqi yoxdur, bütün arzu edənlər müsabiqədə iştirak edə bilərlər.

Fotoların  seçim meyarı kompleks qiymətləndirilmə, onların texniki keyfiyyətləri, həqiqi dəyərlərə uyğunlaşdırılması, eləcə də onların missiyasının elan edilən müsabiqənin şərtləri və mürəkkəb çəkilişlər olacaq. .

Fotolar müsabiqənin iştirakçıları tərəfindən şəxsən çəkilməlidir. Hər bir fotonun bir müəllifi olmalıdır.

Yarışmada iştirak etmək istəyən hər bir şəxs qeydiyyat anketini doldurmalıdır. Anketdə qeyd olunan ad və soyad pasportdakı məlumatla eyni olmalıdır.

Yarışma haqda daha ətraflı məlumatı təşkilatçıların saytından əldə edə bilərsiz.

Əlaqə:

The Humanity Photo Awards Work Team Address: Suite 1605, Shangzuo Building, Yi 97 Xuanwumen Xidajie, Xicheng District, Beijing 100031, China

8610-62252175

Subscribe For Latest Updates

Qeydiyyatdan keçin və yeni təqaüdlər sizin ayağınıza gəlsin.