Hyubert Hamfri təqaüd proqramı

Məlumat:
«Hyubert Hamfri» birillik təqaüd proqramı liderlik xüsusiyyətlərinə malik olan və cəmiyyətə fayda vermək istəyən gənc mütəxəssislər üçün nəzərdə tutulub. Təqaüdçülər aparıcı amerika universitetlərində öz təhsil proqramlarını müstəqil şəkildə təşkil edirlər. Proqramın sonunda ABŞ hökumətinin sertifikat verilir; Proqram elmi dərəcə alması üçün nəzərdə tutulmayıb.

«Hyubert Hamfri» təqaüd proqramı çərçivəsində  Afrika, Asiya, Latın Amerikası, Karib hövzəsi ölkələri, Yaxın Şərq, Avropa və Avrasiyadan ən yaxşı mütəxəssislər   peşəkar inkişaf səviyyəsinin yüksəldilməsi və təlim keçmək məqsədilə bir il müddətinə Amerika Birləşmiş Ştatlarına gələcəklər. «Hyubert Hamfri» proqramı 1978-ci ildə mərhum senator və vitse-prezident  Hyubert Qoraçio Hamfri  xatirəsinə  və nailiyyətlərinə görə təsis olunub. Təqaüdçülər onların liderlik keyfiyyətləri və  öz cəmiyyəti rifahı naminə işləmək niyyətlərini nəzərə alınmaqla seçilir.

indir

Müsabiqənin proqramları:

  • Kənd təsərrüfatının inkişafı/kənd təsərrüfatı iqtisadiyyatı
    İnformasiya mübadiləsi/Jurnalistika
  • Narkomaniya və alkoqolizmin qarşısının alınması üzrə maarifləndirmə, profilaktika və müalicəsi
  • İqtisadi inkişaf/maliyyə və bank işinin idarə olunması
  • Təhsil sistemində idarə olunması, planlaşdırma və siyasət
  • SPİD xəstəliyinin yayılmasının qarşısının alınması üzrə siyasət və tədbirlər
  • İşçi heyyətinin idarə olunması
  • Hüquq və insan hüquqları
  • Təbiət resursları/ ekologiya siyasəti/iqlim dəyişikliyi
  • İctimai səhiyyənin siyasəti və idarəçiliyi  və s.

Bu proqramda maraqlı olanlar təşkilatçıların saytından qeydiyyatdan keçməlidirlər və anketi doldurmalıdırlar. https://apply.embark.com/student/humphrey/fellowship/00/

Müsabiqədə iştirak etmək üçün namizədlər bu göstəricilərə cavab verməlidirlər:

  • Humanitar və ya təbiət elmləri üzrə bakalavr diplomu
  • İxtisası üzrə ən azı beş illik fasiləsiz əmək stajı
  • Namizədlər cəmiyyətə xeyir vermək istəyi və liderlik keyfiyyətlərini nümayiş etdirməlidir
  • Namizədlər ingilis dilini sərbəst bilməlidirlər
  • Əvvəllər ABŞ-da təhsil almayan namizədlərə üstünlük veriləcək

«Hyubert Hamfri» təqaüd proqramına daxildir:

  • beynəlxalq nəqliyyat xərci
  • təhsil haqqı
  • bədbəxt hadisələr və xəstəliklərə qarşı sığorta
  • aylıq müavinət və kitab almağa,tədbirlərdə iştirak etmək üçün maddi vəsait
    ödəniləcək

Ətraflı məlumatı Hyubert Hamfri təqaüd proqramının saytından əldə edə bilərsiz

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *

Subscribe For Latest Updates

Qeydiyyatdan keçin və yeni təqaüdlər sizin ayağınıza gəlsin.