Imperial College London (B.Britaniya).

Məlumat:

Dünyanın ən yaxşı araşdırma mərkəzlərindən biri olan  «Imperial College London» universiteti ən yaxşı magistr məzunları üçün doktorantura dərəcəsindən təhsil almaları üçün təqaüd təklif edir. Prezident təqaüdünü böyük potensialı olan, peşəkar mentorun rəhbərliyi altında  öz seçdiyi sahə üzrə araşdırma apara bilmə bacarığı olan 50 gənc araşdırmaçı ala biləcəkdir.

Təqaüd rəqabət əsasında ödənilir və təqaüd almaq üçün şərtlər universitetə qəbul tələblərindən daha yüksəkdir. Namizədlər təqaüd almaq üçün müraciət etməzdən öncəl yüksək akademik nəticələr nümayiş etdirməlidirlər.

imperial-colleg-london

Təqaüdü 3,5 ilə qədər ödənilir və aşağıdakılardan ibarətdir:

  • Təhsilin tam ödənilməsi
  • 20,800£ məbləğində illik təqaüd
  • Dərs materialların ödənilməsi( ilə 2,000£ məbləğində) 3х il ərzində ödənilir
  • Universitetin müxtəlif proqramlarında və tədbirlərində iştirak xərci.

Namizədlərə olan Tələblər:

  • Dünyanın bütün ölkələrinin vətəndaşları, «İmperial College London» universitetinin tələbələi
  • Magistr dərəcəsinə və yüksək akademik göstəricilərə malik olan namizədlər
  • Təqaüdə müraciət etməmişdən öncə namizədlər Imperial College London universitetinin fakultetlərindən birinin elmi rəhbərlərindən biri ilə əlaqə saxlamalıdırlar və elmi rəhbərin razılığını almalıdırlar. Elmi rəhbərlərin siyahısını buradan əldə edə bilərsiz.

Namizəd təqaüdə müraciət edə bilməsi üçün onlayn ərizə verdikdə «funding» bölməsini işarəməlidir.

Təqaüdlə bağlı bütün məsələlər üçün ingilis dilində bu mail-a müraciət edə bilərsiniz —phdscholarshipscheme@imperial.ac.uk 

Ətraflı məlumat üçün təşkilatçıların saytını ziyarət edin.

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *

Subscribe For Latest Updates

Qeydiyyatdan keçin və yeni təqaüdlər sizin ayağınıza gəlsin.