İngiltərədə Təhsil alan Həmvətənlimiz Turan Qafarlı (Turan Gafarli).

Gənclərimizi  təhsilə, biliyə həvəsləndirmək üçün xaricdə təhsil alan və çalışan həmvətənlərimizi  onlarla virtual olsada  görüşdürmək arzusu ilə bu sualları cavablamağınızı sizdən xahiş edirəm.

  •  Salam Turan bəy  zəhmət olmasa özünüzü təqdim edin.  Xaricdə təhsil alırsınız yoxsa    işləyirsiniz?

Adım Turan Qafarlı, 1996-cı ildə Bakı şəhərində anadan olmuşam. Bakı şəhəri 6 saylı İntellekt litseyində orta məktəb təhsilinə başlamışam. 2008-ci ildə atamın ezamiyyəti ilə əlaqədar Türkiyənin Ankara şəhərinə köçmüşəm ve orta məktəbi 2014-cü ildə Ankarada başa vurmuşam. 2014-cü ildə Azerbaycan Respublikası Təhsil Nazirliyinin Xaricdə Təhsil proqramı dəstəyi ilə Londonun Queen Mary Universitetində Tarix ve Siyasət üzrə təhsilimə başlamışam. Hal hazırda 3-cü ve son tədris ilimdəyəm.

İngiltərədə Təqaüdlü təhsil, xaricdə təhsil dövlət proqramı

Turan Qafarlı və İngiltərə Parlamenti.

  • Yaşadığınız yerə necə getmisiniz?

Hal hazırda yaşadığım London şəhərine bakalavr tehsilim üçün gəlmişəm.

  • Azərbaycanla  fərq  necədir?

Azərbaycanla fərqlər əlbəttə mövcuddur. Birləşmiş Krallığın əsrlərə dayanan sosial sistemi burada insanlara daha tez daha asan uyğunlaşmağa imkan verir. Azərbaycan inkişaf etməkdə olan bir ölkədir və fikirləşirəm ki, Britaniya Azərbaycan üçün hər sahədə gözəl model ola bilər. Həyatın daha asand və praktik olması işlərimizi burada daha sürətli edir. London kimi böyük şəhərdə ümumi nəqliyyat sisteminin haradasa problemsiz olması ve insanların birbirine qarşı böyük hörməti buraya uyğunlaşmağı daha rahat hala gətirir.  

  • Təhsil aldığınız ölkədə Azərbaycanlılara qarşı münasibət necədir?

Azerbaycanlılara qarşı münasibət normaldır, çünkü yerli əhalinin Azərbaycanla əlaqədar oturmuş bir stereotipi yoxdur. Yəni Azərbaycanlı deyəndə buradakı insanların ağlına xüsusi bir porfil gəlmir. Bu həm də insanların bəzilerinin ümumiyyətlə  Azərbaycan adını birinci dəfə eşidməsi ilə də bağlıdır. Ancaq əlbəttə Azərbaycanlılara qarşı münasibətdə sizin etdiyiniz hərəkətlərin də rolu böyükdür. İnsanlar Azərbaycanı sizinlə tanıyacaqları üçün hər addıma diqqət etmək vacibdir.

  • Böyük Britaniyaya getdiyiniz zaman sənədləşdirmə işlərində hansı   çətinliklərlə qarşılaşdınız?

Sənədləşdirmə ilə əlaqədar heç bir problemim olmadı. Britaniya polisi sənədləşdirmədə çox kömək göstərir. Ancaq tək bir şərt var, hər sənədinin düzgün və səliqəli olması vacibdir. Səhiyyəyə gəlincə isə, burada sığorta pulsuzdur  və hərkəsə şamil edilir, gələn teləbələrə də həmçinin. Dövlət xəstəxanalarında birçox işinizi pulsuz həll ede bilərsiniz. Bunun üçün də sənədləşdirmələr asandır. 

  • Nələri öyrənə bildiniz?

Təhsil sahəm ile bağlı akademik informasiyanın yanında qərb təhsil və yaşayış sisteminə aid bir çox məqamları  öyrənə bildim. Qərb sistemində bankın şəxsi yaşayışda vacibliyi, pul kontrolu, alış veriş, nəqliyyat sistemi və qiymət sxemləri kimi günlük praktik işləri  artıq bildiyimi fikirləşirəm. Əlbəttə fərqli fikirləri görmək, fərqli milliyyətdən olan insanlarla tanış olmaq da mənim dünya görüşümü genişləndirdi. Həmçinin Azərbaycanı daha yüksəklərə qaldırmaq üçün nə qədər çox işləməyimiz lazım olduğunu da burada tecrübə ilə öyrənmiş oldum.

  • Yaşadığınız şəhər sizdə hansı təəssüratları yaradır?

Yaşadığım şəhər olan London multikulturalizmin dünyada bu qədər güclü hissedildiyi ən böyük şəhərlərdəndir. Mənim 2 ildir yaşadığım məhəllədə Britaniyanın supermarketləri ilə yanaşı türk marketi də var. Həmçinin ingilis kafe ve publarının yanında türk ve afrika restoranları da mövcuddur. Bu da nə qədər qarışıq bir mühit olsa da açıqca ortada olan rahat ahəngin təmsilçisidir. Bu kimi elementlər ve insanların bir-birinə hörməti  mənde qibtə ilə birlikdə böyük bir hörmət və heyranlıq yaradır.

Türkiyədə təhsil, Turan Gafarlı,bakalavr,

 

  • Azərbaycan gənclərində hansı xüsusiyyətləri görmək istərdiniz?

Azərbaycan gənclerinin qarşısına məqsəd qoymalarını istəyərdim. Bir çox gəncimiz məqsədsiz olaraq bir çox işə girişir və müvəffəqiyyətsizliklə  işi bitirir. Bu onları ruhdan salır. Ayrıca paxıl olmamaqlarını, birbirlərini dəstəkləmələrini ve bribirlərinin uğurları ilə qürurlanmalarını istərdim. Əlbəttə daha güclü vətən sevgisi olmasını istəyirəm. Həmçinin Azerbaycan gənclərinin xarici ölkələrə səfərləri zamanı daha məsuliyyətli olmalarını ve hamımızı təmsil ettiklərini unutmamalarını isteyerdim.

  • Universitetə qəbul olduğunuz zaman və iş karyerasında ünsiyyətdə nələrə diqqət  yetirmək lazımdır?

Uğurlu olmağa və hər işi vaxtında, düzgün, səliqəli etməyə diqqət yetirmək lazımdır. Bu həm qarşınızdaki insanların hörmətini qazanmağınıza həm də özünüzün təkmilləşməsinə kömək ədəcəkdir. Başqalarını əzmədən ucalmaq hər bir insanın hədəfi olmalıdır.   

  • Turan bəy təcrübələrinizlə bölüşdüyünüz üçün təşəkkür edirəm.

Sizdə sağolun ki, biz gəncləri unudmursuz.

Müsahibimiz Turan Qafarlı-nın facebook səhifəsi.

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *