İsrail Dövlətinin təhsil təqaüdü

İsrail dövlətinin xarici tələbələr üçün ayırdığı təqaüd növləri:

  • yay dil kursları (Ulpan)
  • bir akademik il üçün təhsil və ya elmi araşdırma təqaüdü

Namizədlərə olan tələblər

  • Bakalavr  və ya daha yüksək təhsil dərəcəsinin olması
  • İmtahan qiymətlərinin yüksək olması
  • yaş məhdudiyyəti  35 qədər
  • İngilis və ya İvrit dillərinin yüksək səviyyədə olması
  • Bütün adademik tələblərə görə İsrail universitetlərinə uyğun olmaq. Universitet tələbəni qəbul etməyə razı olandan sonra namizədə təqaüd ayrılır.

studyinisrael_jpg

 

 

Nəzərinizə çatdıraq ki, İsrail dövlətinin təqaüdü Azərbaycan vətəndaşları üçün hələ ki, keçərli deyil. Hələ ki, hər iki ölkənin təhsil nazirlikləri arasında bu haqda danışıqlar gedir.

Təqaüd əsasən bir hissəli olur və ya müəyyən hallarda tam ola bilər;

  • tam təqaüd təhsil haqqının ödənişini, 8 aya qədər olan aylıq təqaüdü (təhsil ili) və tibbi siğortanı özündə cəmləşdirir.
  • bir hissəli təqaüd aylıq təqaüd və tibbi siğortanı xərclərini ödəyir.

Lazım olan sənədlər

  1. Təqaüd üçün qeydiyyat formunu doldurmaq
  2. seçilmiş universiteti qeyd etmək şərti ilə İsraildə təhsil alacağınız sahəni təsvir edəcək ətraflı məktub
  3. özün haqda məlumat (CV)
  4. namizədin İsrail universitetiylə yazışmanın kopyası. (Ulpan təqaüdü üçün tələb olunmur)
  5. bütün diplom,imtahan, təhsil dərəcənizin təsdiq edən sənədin əsli və ya notarial təsdiq
  6. namizədin təhsil aldığı müəssisəninmüəllim və ya professorundan ən azı 2 tövsiyyə məktubu
  7. 3 foto
  8. tibbi arayış

Müraciət hər ilin 30 noyabrına qədər qəbul olunur. Təqaüdün verilməsi ilə bağlı qərar may ayında təyin olunur. Xahiş olunur ki, təqaüd haqda məlumat, yaranan suallarla bağlı, qeydiyyat haqda məlumatları hər ölkənin İsrail səfirliyindən alasınız.

Təqaüdlə bağlı ətraflı məlumatı  bumail-dan ala bilərsiz: scholarship@mfa.gov.il
Proqramla haqda ətraflı məlumatı İsrail Xarici İşlər Nazirliyin saytından ala bilərsiz.

Harda: İsrail

Müddət: Hər il

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *

Subscribe For Latest Updates

Qeydiyyatdan keçin və yeni təqaüdlər sizin ayağınıza gəlsin.