İsveç İnstitutundan təqaüd

Swedish Institute Scholarships

Swedish Institute-nun təqaüd proqramında  magistr dərəcəsinin səhər növbəsinin tələbələri iştirak edə bilərlər. Magistrların təhsil ili sentyabr ayından başlayır. Təqaüd tələbələrin təhsil haqqısını və yaşayaşını əhatə edir (aylıq 9.000 SEK=  935 €) həmçinin bura təqaüddə daxildir. Təqaüd həmçinin siyahıda adı çəkilən ölkələrin vətəndaşları olan namizədlər üçün hava bileti xərclərinidə (iki tərəfə 15.000 SEK = 1550 €). Hər il magistr dərəcəsi üzrə 300 tələbəyə təqaüd ayrılır.

Təqaüd proqramı 3 müxtəlif kateqoriyalı ölkələrin namizədləri arasında paylaşılır. Hər kateqoriyaya 100-ə yaxın təqaüd ayrılır.

swedish-institute-talent-mobility-and-scholarship-1-638

Namizədlərə olan tələblər

Namizədin təqaüd proqramında iştirak etməsi üçün:

Hissə 1

  1. Universitetin magistr dərəcəsinə qəbul olmaq üçün qeydiyyat (qeydiyyat hər ilin dekabr ayının ortasına qədər təşkilatçıların saytından online olaraq edilir.)
  2. Universitetə qəbul olmaq üçün qeydiyyar rüsumunu 1 fevrala qədər ödəmək (900 SEK = 93€ = 172 Azn)

Müraciət və lazımı sənədlər ingilis dilində təqdim olunmalıdır.  Magistr dərəcəsinə qəbul olmaq üçün etdiyiniz müraciətdən sonra namizəd 7 rəqəmli şəxsi qeydiyyat nömrəsi əldə edir, hansı ki, namizəd bu nömrə ilə təqaüd proqramına müraciət etməlidir.

Hissə 2

Növbəti sənədləri 13 fevrala qədər təşkilatçılara təqdim etmək lazımdır:

  • niyyət məktubu;
  • tərcümeyi-hal;
  • 2 tövsiyyə məktubu, onlardan biri iş yerindən olmalıdır;
  • pasportun kopyası

Təqaüd proqramı üçün müraciət zamanı:

iki illik iş təcrübənizi nümayiş etdirməlisiniz (Cənubi Afrika və Suriya tələbələri üçün tələb olunmur). İşlər aşağıdakı növlər kimi ola bilər::

  • tam iş günü
  • yarı iş günü
  • könüllü iş
  • ödənişli və ya ödənişsiz təcrübə (praktika)
  • məsul vəzifədə olmaq

İş saatlarının sayı 2800-dən az olmamalıdır.

  1. Liderlik təcrübəsi aşağıda qeyd olunan yollarla nümayiş olunmalıdır:
    • namizədin iş yeri
    • məsul vəzifədə olması
    • tələbə təşkilatlarında iştirak etmək
    • ictimai təşkilatlarda iştirak etmək
    • konüllülük işlərin iştirak etmək

Vətəndaşlıqından aslı olmayaraq  təqaüdə iddia edə bilməzlər:

  • təqaüdə  müraciət etməmişdən öncə ən azı 2 il və daha çox  İsveç ərazisində yaşamamalı;
  • İsveç və ya AB ölkələrinin vətəndaşı olanlar həmçinin İsveçdə yaşayış icazəsi olanlar və ya işləmək icazəsi olanlar (Suriya vətəndaşlarına aid deyil);
  • müraciətdən öncə Swedish Institute- nin magistr təhsilində təqaüd almısınızsa;
  • Swedish Institute — də elmi dərəcə almısınızsa;
  • daha öncə Swedish Institute- da təhsil almaq üçün qəbul olmusunuzsa;  .

Əlaqə

Ünvan: Slottsbacken 10 Box 7434, S-103 91 Stockholm Sweden
Telefon: +46 8-453 78 00
mail:si@si.se
Swedish Institute:

Swedish institute scholarship

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *

Subscribe For Latest Updates

Qeydiyyatdan keçin və yeni təqaüdlər sizin ayağınıza gəlsin.