İtaliyada Təhsil alan Həmvətənimiz Xumar Qahramanova.

Gənclərimizi  təhsilə, biliyə həvəsləndirmək üçün xaricdə təhsil alan və çalışan həmvətənlərimizi  onlarla virtual olsada  görüşdürmək arzusu ilə bu sualları cavablamağınızı sizdən xahiş edirəm.

 

  • Salam Xumar xanım zəhmət olmasa özünüzü təqdim edin.  Xaricdə təhsil alırsınız yoxsa işləyirsiniz?

Salam, Qahramanova Xumar, Italiyada, Roma şəhərində La Sapienza universitetində magistr dərəcəsi üzrə təhsil alıram.

İtaliyada təqaüdlü təhsil

Xumar Qəhrəmanova

  • Yaşadığınız yerə hansı yolla getmisiniz?

Təhsil yolu ilə

  • Azərbaycanla  fərq  necədir?

Fərq daha azad və daha müasir olmağında. Ancaq xarici görünüşə və emosianallığına görə İtalyanlar bizə çox oxşayır))

  • Oxuduğunuz ölkədə Azərbaycanlılara qarşı münasibət necədir?

Fərqlidir, ümumi götürəndə normal və yaxşı. Ancaq həmvətənlərimizdən hər hansısa onlarda mənfi təəssürat yaradıbsa o insanlarda mənfidir. Ona görə də yaxşı olardi ki, digər ölkədə olanda həmvətənlərimiz tək özlərini yox başqa Azərbaycanlıları da düşünsünlər

  • Getdiyiniz zaman sənədləşdirmə işlərində hansı çətinliklərlə qarşılaşdınız?

Ümumiyyətlə deyərdim  İtaliyanın sənədləşmə işi çox zəhlətökəndir. Hər il bir qanun çıxardırlar. Hər gün fərqli bir qərar verirlər. Bəzən  bir sənəd dalınca bir neçə dəfə getməyə məcbur olursan.

  • Nələri öyrənə bildiniz?

Fərqli mədəniyyəti, fərqli yaşam tərzini və təbiiki daha geniş bilik.

  • Yaşadığınız yer sizdə hansı təsuratları yaradır?

Yaşadığım yer çox tarixi və romantik şəhərdir. Bura gəzməyə gələsən 🙂 Burokratik qaydalarına öyrəşsən və dilini bilsən yaşamağa da pis deyil.

xaricdə təhsil,italiya təhsili

  • Azərbaycan gənclərində hansı xüsusiyyətləri görmək istərdiniz?

Yaralı mövzudur. Bəzi həmvətənlərimiz bizə utanc verir bəziləri isə qürurlandırır. İstərdim ki, Azərbaycanı layiqincə təmsil etsinlər və bizə qarşı müsbət təəssürat yaratsınlar.

  • Təhsil aldığınız ölkədə və universitetdə Azərbaycan universitetlərindən fərqli nələr var?

Tamamilə fərqli sistem. Azadlıq. Dərsə hər gün gəlməyə məcbur deyilsən, əgər materialı öyrənib imtahan verə bilirsənsə ok-dir. Üstəgəl kəsilsən bir il ərzində bir neçə dəfə imtahana girmək olur.Hərdən mənə elə gəlirki əsl təhsili elə burda alırıq 🙂

  • Universitetə qəbul olduğunuz zaman və iş karyerasında ünsiyyətdə nələrə diqqət  yetirmək lazımdır?

Fikirlərini daha aydın çatdırmağı bacarmaq lazımdır. Öz fikrinlə yanaşı başqalarının fikirlərinə də hörmətlə yanaşmaq lazımdır. Esas odur ki, məqsədiniz konkret olsun və nə etdiyinizi, nə üçün çalışdığınızı yaxşı biləsiniz.

  • Xumar xanım fikirlərinizi izləyicilərimizlə bölüşdüyünüz üçün sizə təşəkkür edirəm,   müsahibənin sonu olaraq gənclərimizə nə məsləhət görərdiniz?

Gənclərimizi maarifləndirdiyiniz üçün məndə sizə minnətdaram. Sonda onu demək istəyirəm ki, gənclərimiz təhsil almaqdan qorxmasınlar, xaricdə gördüyüm odur ki, təhsilli insan üçün hər zaman gələcək parlaqdır. Hamıya uğurlar arzu edirəm.

Müsahibimiz Xumar Qahramanova.

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *