Kanadanın «University of British Columbia» universitetində 10.000 — 40.000 CAD məbləğində təqaüd

Son qeydiyyat vaxtı:  1 dekabr 2016

Təqaüd: 10,000-40.000 CAD/ il

Nə vaxt: hər il

Harda: Kanada

 

Məlumat:
«University of British Columbia» universiteti hər il görkəmli xarici tələbələrə bakalavr dərəcəsində Scholarships Entrance Major proqramlarının birində təqaüdlə təhsil almağı təklif edir. Tələbələr universitetə daxil olarkən təqaüdü alır,  təqaüd hər il yenilənir və dörd il ərzində təhsil almaq imkanı verir.

«University of British Columbia» universitetinin bakalavr proqramlarının birinə qəbul olan namizədlər  təqaüd iddia edə bilərlər.

Ödənilən təqaüdlərin sayı hər il müxtəlif olur. Tələbə  İldə 10,000 —  40,000 CAD (kanada dolları) miqdarında təqaüd ala bilər.

martha-piper-plaza-1920x700Namizədlərə olan tələblər:
Təqaüd iddia edə bilən namizədlər:

  • «University of British Columbia» universitetində təhsil almaq üçün məktəbi qurtardıqdan bilavasitə sonra ilk dəfə qəbul olmaq
  • Əcnəbi tələbə olmalı və tələbə vizası ilə təhsil almalıdır
  • Sinifdən xaric və ictimai fəaliyyətə  yüksək səviyyədə qoşulmalı, yüksək səviyyəli intellektual inkişaf  və əla müvəffəqiyyət dərəcəsi nümayiş etdirməlidir

«University of British Columbia» universitetinə  dekabrın 1-dək təhsil almağa gələn tələbələr, təqaüd almaq üçün avtomatik olur iddiaçı olurlar. Əgər tələbə təqaüdçüləri sırasına daxil olursa o zaman üç həftə ərzində bu haqda məlumatlandırılacaq.
Təqaüd proqramı barədə təşkilatçıların saytından məlumat ala bilərsiz.

 

Əlaqə:

 

The University of British Columbia 2329 West Mall

Vancouver,B.C.

Canada V6T 1Z4

 

The University of British Columbia

3333 University Way Kelowna,

BC Canada V1V 1V7

 

Tel: 604-822-8999

Subscribe For Latest Updates

Qeydiyyatdan keçin və yeni təqaüdlər sizin ayağınıza gəlsin.