Leadership Awards Civil Society Təqaüd Proqramı

Məlumat:
Leadership Awards Civil Society təqaüd proqramı öz vətənində sosial dəyişikliklərin keçirilməsinə maraqlı olan görkəmli peşə vərdişlərinə sahib yüksək müvəffəqiyyət dərəcəsi nümayiş etdirən namizədlər üçün magistr dərəcəsi üzrə tam təqaüd verir.

Təqaüd cəmiyyətdə sosial inkişaf və idarəetmə məsələlərində demokratiya qıtlığı problemi ilə üzləşən  ölkələrin vətəndaşları namizədlərə verilir.civil-society-leadership-awards-2017-open-society-foundation

Təqaüdçülər bu sahələrdə magistr dərəcəsi almaq imkanı əldə edəcəklər:

  • Rabitə və kütləvi informasiya vasitələri;
  • Mədəniyyət, tarix və cəmiyyət;
  • Elmin inkişafı;
  • İqtisadiyyat;
  • Təhsil və liderlik sahəsində menecment ;
  • İnsan hüquqları;
  • Hüquqşünaslıq (insan hüquqları da daxil olmaqla);
  • Politologiya;
  • Səhiyyə sahəsində ictimai səhiyyə və menecment ;
  • Dövlət siyasəti və idarəçiliyi;
  • Sosial işlər və sosial siyasət.

Təqaüdçülər Almaniya, Macarıstan, Hindistan, Latviya, Niderland, Böyük Britaniya, Polşa, ABŞ, Fransa, Çin universitetlərinin birində təhsil ala biləcəklər.

Ödənilən təqaüd:

  • Təhsil
  • Yaşamaq
  • Qidalanmaq
  • Yay məktəbində və konfranslarda iştirak etmək üçün nəqliyyat xərcləri
  • Tibbi sığorta
  • Peşəkar inkişafı üçün kiçik ödənişlər.

Namizədlərə olan tələblər:

Təqaüd almaq üçün iddia edə bilər:

  • Bu ölkələrin vətəndaşları: Azərbaycan, Ekvatorial Qvineya, Eritreya, Laos, Myanma, Kamboca, Konqo Demokratik Respublikası, Efiopiya, Belarus, Misir, Liviya / Birma, Konqo Respublikası, Cənubi Sudan, Suriya, Türkmənistan, Özbəkistan
  • Namizədlər, yetkinliyini və cəmiyyətdə sosial liderlik potensialını göstərənlər
  • Bakalavr dərəcəsi və əla müvəffəqiyyət dərəcəsi olan namizədlər
  • Təhsil alacağı universitetdən aslı olaraq ingilis, fransız və ya alman dillərini yüksək səviyyədə bilməlidirlər
  •  Təhsil üçün lazım olan vizanı almaq imkanı olan namizədlər
  • Təhsil başa çatdıqdan sonra cəmiyyətin inkişafında yardım üçün vətənə qayıtmaq arzusunu nümayiş etdirən namizədlər

Təqaüd almaq üçün ingilis dilində qeydiyyat formasını doldurmaq lazımdır. Ərizələr hər ilin sentyabrın 15-dək qəbul edilir.

Ətraflı məlumatı təşkilatçıların saytından əldə edə bilərsiz.

Əlaqə:

Open Society Foundations 224 West 57th Street New York, NY 10019 United States

Subscribe For Latest Updates

Qeydiyyatdan keçin və yeni təqaüdlər sizin ayağınıza gəlsin.