Macarıstan dövlət təqaüd proqramı

Proqram Azərbaycan Respublikasının vətəndaşlarına müəyyən olunmuş ixtisaslar üzrə təqaüd hesabına təhsil almaq imkanı yaradır. Macar dilində ali təhsilə başlamazdan öncə tələbələr Balassi İnstitutunda bir illik hazırlıq kursu keçməlidirlər.

%d0%b1%d0%b5%d0%b7-%d0%bd%d0%b0%d0%b7%d0%b2%d0%b0%d0%bd%d0%b8%d1%8f

 

Proqram çərçivəsində Macarıstan tərəfindən hər il 200 Azərbaycan vətəndaşı üçün  aşağıdakı çərçivə əsasında təqaüd ayrılacağı nəzərdə tutulmuşdur:
— tam bakalavr, magistratura təhsil proqramları üzrə

  • kənd təsərrüfatı, su idarəetməsi — 40 təqaüd;
  •  təbiət elmləri, davamlı inkişaf — 30 təqaüd,
  •  tibb elmləri (“health studies”) — 10 təqaüd;
  •  turizm — 40 təqaüd;
  •  mühəndislik, informasiya texnologiyaları, texnologiyalar — 30 təqaüd;
  •  iqtisadiyyat, biznes və idarəetmə elmləri — 40 təqaüd;

— doktorantura təhsili üzrə:

  •  istənilən maraq dairəsi üzrə — 10 təqaüd.

Nəzərinizə çatdırırıq ki, təhsil müddəti bakalavriat səviyyəsi üzrə 3 il, magistratura səviyyəsi  üzrə 2 il və doktorantura səviyyəsi üzrə 3 ildir. Təhsil səviyyələri üzrə heç bir yaş məhdudiyyəti müəyyən olunmamışdır.

Tələbələr üçün nəzərdə tutulmuş təqaüd aşağıdakı xərcləri əhatə edir:

Macarıstan tərəfindən:

  •  ödənişsiz təhsil;
  •  universitet yataqxanasında yaşayış;
  •  tibbi sığorta;
  •  aylıq təqaüd
  • Aylıq təqaüd ev sahibi universitet tərəfindən veriləcəkdir. Mövcud qanunvericiliyə
    əsasən aşağıdakı kimi müəyyənləşdirilmişdir:
  • Bakalavriat və magistratura proqramları üçün: 40460 Macarıstan forinti = 240 Azn
  • Doktorantura proqramları üçün: 100000 Macarıstan forinti = 592 Azn

Azərbaycan tərəfindən tələbələrin xərcləri qarşılanmır (tələbələrin gediş-gəliş
biletləri şəxsi vəsaitləri hesabına qarşılanır).

*Ali təhsil müəssisələrinin seçim qaydaları bir-birindən fərqlənir və qəbul
daxili qaydalarla tənzimlənir. Göstərilmiş 3 universitetdən heç birinə qəbul
ola bilməyən namizədlərin təqaüd hesabına təhsili mümkün olmur.

Subscribe For Latest Updates

Qeydiyyatdan keçin və yeni təqaüdlər sizin ayağınıza gəlsin.