Master Erasmus Mundus Təqaüd Proqramı qəbul Avropanın 4 ölkəsindən birində Təhsil al.

Məlumat:
Master Erasmus Mundus QEM -Models and Economics of Quantitative Methods proqramı Aİ (Avropa İttifaqı) tərəfindən iqtisadiyyat fakultəsinin magistr tələbələri üçün yaradılıb və Erasmus + tərəfindən maliyyələşdirilir. Proqram gündüz təhsil forması üzrə təhsil alan magistratura tələbələri üçün hazırlanıb.

«MasterErasmus Mundus» proqramı dörd tərəfdaş — universitetlə hazırlanıb və bu universitetlər avropanın müxtəlif dörd ölkəsində yerləşir:

 Paris universiteti «Universit Paris Panthon-Sorbonne» ,  Barselona universiteti  «Universitat Autnoma de Barselona» , Bilfeld universiteti (Almaniya) «IMW – Institute of Mathematical Economics of Universität Bielefeld» və  Venesiya universiteti (İtaliya)  «Universit Ca Foscari Venezia.

Proqramın iştirakçıları iqtisadiyyatın kəmiyyət əsas alətlərini öyrənə biləcəklər. İqtisadi nəzəriyyə kəmiyyət fənləri (ekonomimetriya, maliyyə, statistika, riyazi modelləşdirilmə, hesablama və modelləmə, eksperimental layihələndirmə və politoloqiya) ilə birləşdirilmiş  olacaq. Namizədlər bu fənlərdən  maraqlarına daha uyğun birini seçə biləcəklər.

Tərəfdaş ölkələrin Təqaüdləri: (A kateqoriyası)

  • Vətənləri təhsil alacaqları universitetdən 4000km məsafə uzaqlığında olmayan tələbələrə nəqliyyat xərclərinin ödənilməsi üçün illik 2000€, yaşam xərclərinin ödənilməsi üçün isə ayda 1000 €,
  • Vətənləri təhsil alacaqları universitetdən 4000km məsafə uzaqlığında olan tələbələrə nəqliyyat xərclərinin ödənilməsi üçün illik 3000€, yaşayış xərclərinin ödənilməsi üçün isə ayda 1000 avro.
  • Bütün təhsil müddəti üçün (maksimum 24 ay) ayda 1000 €.

Tərəfdaş ölkələrin Təqaüdləri: (B kateqoriyası)

  • Nəqliyyat xərclərinin ödənilməsi üçün ildə 1000 €
  • Bütün təhsil müddəti (maksimum 24 ay) ayda 1000 €.

erasmus

Namizədlərə olan Tələblər:

  • Proqramda iştirak etmək üçün bakalavr dərəcəsi olan  dünyanın bütün ölkələrindən tələbələr müraciət edə bilərlər. Magistraturaya qəbul üçün 180 ECTS-kredit lazımdır. İkinci ali təhsiliniz varsa qeydiyyat formunu doldurduğunuz  zaman bunu bildirmək lazımdır (əgər varsa).
  • Əvvəllər  riyaziyyat, tətbiqi riyaziyyat, iqtisadiyyat, iqtisadiyyatın kəmiyyəti sahəsi üzrə təhsil alan namizədlərə üstünlük verilir amma digər ixtisaslar üzrə təhsil alan namizədlərdə ərizə verə bilərlər.
  • Təhsil ingilis dilində olacağı üçün namizədlər ingilis dilini əla bilməlidirlər. Bu səbəbdən dili biliyini sübut edən sertifikat təqdim olunmalıdır. Üstünlük TOEFL imtahan nəticəsinə verilir.

Necə müraciət edə bilərsiz:

  • Təşkilatçının saytında qeydiyyatdan keçin
  • Bütün lazımi sənədləri yükləyin

Təqaüd üçün sənədlərin siyahısı:

  • Tərcümeyi-hal
  • Proqramda təhsil məqsədlərinin təsviri
  • Milliyyətin təsdiqi
  • Rəsmi akademik çıxarış
  • Ali təhsil alması barədə təsdiqlənmiş diplomun surəti və ya sertifikatı
  • İngilis dili imtahanının nəticəsi (İELTS, TOEFL)
  • İki zəmanət məktubu.

Proqramla bağlı bütün suallarınızı qemapp@univ-paris1.fr ünvanına yazaraq cavab ala bilərsiniz.

  • Qeydiyyat üçün son Tarix: 10 fevral 2017
  • Təqaüd: 1000€/ ayda
  • Tarix: Hər il
  • Harada: Aİ (Avropa İttifaqı)

Ərtaflı məlumat üçün təşkilatçıların saytını ziyarət edə bilərsiz. 

Əlaqə:

 

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *