Padua Universitetinin Təqaüdü

Padua universiteti akademik  göstəriciləri yaxşı olan İtaliyada təhsil almaq istəyən əcnəbi aztəminatlı tələbələrin maliyyələşdirilməsi üçün regional fondları təsis edib. Təqaüd proqramında həm İtaliya vətəndaşları həm də əcnəbi tələbələr iştirak edə bilərlər.  Təqaüdün bir  hissəsi tələbələrə  verilir digər hissəsi isə bu universitet yeməkxanasında yemək xərcləri və yaşamaq üçün  ödənilir.

logouniversitaPadua universitetinin Aldo Djini proqramı (Grants Gini Foundation)  universitetin aşağıdakı fakültələrində ixtisas almaq və oxumaq niyyətində olan xarici tələbələri  dəstəyini həyata keçirir:

  • Riyaziyyat
  • Fizika və mühəndislik
  • Təbiət elmləri
  • Kənd təsərrüfatı fakültəsi.

Namizədlərə olan tələblər:

  • Təqaüd proqramında bütün dünyadan tələbələr iştirak edə bilər. Təqaüd proqramına müraciət etmək üçün təşkilatçıların saytından sənədlər online doldurulur və qeydiyyatdan keçilir. Müraciətlər  hər tədris ilinin iyulundan sentyabrına qədər qəbul olunur. Namizədlər gəlirləri haqqında (Income Assessment Form) bəyannamə vasitəsilə öz iqtisadi vəziyyətini göstərməlidirlər.
  • Magistr dərəcəsini  xarici universitetdə  alan və qeydiyyat anında 35 yaşdan yuxarı olmayan namizədlər müraciət ərizəsi verə bilər,
  • Hər bir qrantın məbləği maksimum 11 000 € olacaq, o cümlədən nəqliyyat xərcləri. Qrant 3 bölmədən ibarətdir. Yekun hissəsini (10%) Padua universitetinin professoru  yazılı qiymətləri elan etdikdən sonra həmçinin tələbənin dərsə davamiyyəti barədə hesabat və həm də onun davamiyyəti nəzərə alınaraq təqaüd ödəniləcək. Qiymətlər mənfi olacağı halda, davamiyyəti barədə hesabat təqdim edilmədiyi  və ya qiymət hesabatı verilmədiyi halda direktorlar şurası elm komitə ilə məsləhətləşərək qrantın tam və qismən geri çağırılması haqqında qərar qəbul etmək hüququnu özündə saxlayər.

Namizəd lazım olan sənədləri və müraciət ərizısini bu ünvana göndərməlidir:

Fondazione «Ing. Aldo Gini» – via Portello, 15 – 35129 Padova.

Lazım olan sənədlər:

  • Avropa formatında xülasə
  • Qrant alınması dövründə namizədə fayda verəcək təlim və tədqiqat işləri barədə istənilən töhfə bildiriş
  • Magistr (Master of Science) elmi dərəcəsinin verilməsi haqqında sənədin əslini, verilmiş imtahanların  və alınmış qiymətərin təsviri ilə
  • Öyrənilmiş fənləri və tədqiqatlar haqqında ətraflı məlumat vermək, təlim müddəti, fakultəsi, təhsil haqqı
  • Qəbul haqqında ərizə, fakültə müdürünün təsdiq edən imzasıyla
  • İngilis dilini təsdiqləyən sənəd (İELTS, TOEFL)
  • İstənilən digər tövsiyələr
  • Şəxsiyyəti təsdiq edən sənəd (pasport)

Aİ (Avropa İttifaqı) vətəndaşları olmayan tələbələr həmçinin aşağıdakı sənədləri təqdim etməlidirlər:

  • Ev təsərrüfatının tərkibi haqqında arayış
  • Gəlirlər və əmlakı barədə sənədli məlumat
  • Əgər namizəd işlə bağlı və ya siyasi qaçqın kimi İtaliyada yaşayırsa bu haqda sənəd təqdim etməlidir

Hər bir həqiqətə uyğun olmayan məlumatlar qrant almamağa və ya rədd cavabına gətirib çıxara bilər.

Ətraflı məlumat üçün təşkilatçıların saytını ziyarət edin.

Əlaqə:

Ünvan: via Portello, 31 — 35129 Padova, Italia
Mail: service.studenti@unipd.it
Tel:   +39 049 827 3131
The University of Padova, Padova, Italy.

Subscribe For Latest Updates

Qeydiyyatdan keçin və yeni təqaüdlər sizin ayağınıza gəlsin.