Pekinin (Çin) «The Yenching Academy of Peking University» təqaüdlü təhsil

Məlumat:

Pekinin  «Yenching Peking The University of Academy» universiteti  «China Studies» proqramı üzrə  qəbul olmaq arzusunda olan  bütün tələbələri magistr dərəcəsində təhsil almağa dəvət edir.  Bu proqram Çini bilinmiş çərçivələrdən kənardan humanitar və sosial tərəflərdən araşdırmaq üçün yaradılmışdır. Təhsil ingilis dilində tədris olunur. Tədris proqramı qədim və müasir Çini araşdırmağa imkan verəcək. Fənlər arası proqram əsasında yerli əhali baxımından, həm də əcnəbilər tərəfindən Çinin inkişafının öyrənilməsi prosesi daxildir. Tələbələr kiçik qruplarda təhsil alacaqlar və bu yolla müxtəlif sahələrin təmsilçiləri ilə sıx əlaqələr qurac, fikir mübadiləsi, qarşılıqlı təlim və konsepsiyalar üçün əlverişli şərait yaranacaqdır. Həmçinin bütün əcnəbi tələbələr Çin dili hazırlığı keçə biləcək, çinli tələbələr isə əcnəbi dillər öyrənə biləcəklər.

Pekin universitetinin təklif etdiyi təqaüd proqramı təhsil haqqını, universitetin kampusda yaşayışı və Pekinə hava yolu xərcini  hər iki tərəfə ödəyir.

 

Proqram üzrə əcnəbi tələbələr üçün təhsil müddəti 12 aydır nəzərdə tutulub, yerli tələbələr üçün isə 24 aydır. Təhsil yalnız yaz-payız semestri deyil,həmçinin yayda da əlavə dərslər keçiriləcək. Bir illik təhsil proqramını bitirəndən sonra tələbələr bir ildə əlavə qalıb araşdırmalarını və diplom işlərini müdafiə edə bilərlər. Layihədən və akademik müvəffəqiyətlərindən aslı olaraq tələbələr ikinci il üçündə təqaüdə müraciət edə bilərlər.

57db62108700d

Namizədlərə olan Tələblər:

  • Təhsillərini 2017-ci ilin sentyabrından başlaya bilməli
  • Müvəffəqiyəti əla olan tələbələr
  • İngilis dilini əla bilməli
  • Sinifdən xaric fəaliyyəti, ictimai təşkilatlar, ictimai işlərə cəlb olunmalı
  • Liderlik potensialı olmalı
  • 2017ci ilin avqustun 31-dən gec olmayaraq istənilən növdən aldığı   bakalavr dərəcəsi olmalı
  • 25 yaş və daha kiçik olanlara  üstünlük verilir
  • Orduda xidmət məcburi olan ölkələrin vətəndaşları 27 yaşa qədər müraciət edə bilər

Master’s degree in China Studies proqramı üzrə təhsil almaq istəyən hər bir kəs «Peking University» universitetinin saytından qeydiyyatdan keçməlidir.

Araşdırılması üçün aşağıda sadalanan sənədləri universitetə təqdim etməlidir: 

  • Qeydiyyat forması
  • CV
  • Motivasiya məktub
  • Son qiymətləndirmə ilə çıxarış
  • 2 zəmanət məktubu
  • ingilis dili testinin nəticəsi (IELTS/TOEFL/CAMBRİDGE/CEFR)

Sənədlər ingilis dilində təqdim olunmalıdır.

Ətraflı məlumatı universitetin saytından əldə edə bilərsiz.

Əlaqə:

Jingyuan Courtyard 3, Peking University, 5 Yiheyuan Road, Haidian District, Beijing, 100871

86-10-6276 6358

Qeydiyyatın son vaxtı: 31 yanvar 2017

Təqaüd: Xərclərin tam ödənilməsi

Vaxt:  2017, sentyabr

Harada: Pekin, Çin

 

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *

Subscribe For Latest Updates

Qeydiyyatdan keçin və yeni təqaüdlər sizin ayağınıza gəlsin.