Polşa Dövlətinin araşdırmaçılar üçün Təqaüd Proqramı.

Məlumat:
Təqaüd proqramı 2003-ci ildə gənc alimlər üçün yaradılıb.  Təqaüdü Ukrayna, Belarus, Moldova, Mərkəzi Asiya və Qafqaz tələbələri təqaüd ala bilərlər. Bu proqram bir tədris ili ərzində Polşa universitetlərinin birində təhsil almaq və tədqiqat aparmaq imkanı verir. Proqramın sonunda tələbələr aldıqları bilikləri praktikada tətbiq etmək üçün  vətənlərinə qayıtmalıdırlar. Təqaüdçülər araşdırma işinin yazılması ilə bağllı ona kömək edəcək  ixtisas fənn üzrə yüksək biliyə malik olan  akademik rəhbəri alacaqlar.

Hər il Polşa hökuməti 70 təqaüd teri ayırır. Təqaüdü 9 ay ərzində Polşa universitetlərinin birində hazırlıq səviyyəsini yaxşılaşdırmaq istəyən humanitar elmlər ixtisası üzrə bakalavrlar və magistrlər tələbələri  ala bilərlər.

Təqaüd nağd pulla hər ay ödənilir, təqaüdün məbləği ayda 1350 zlot (321$) təşkil edir.

polça dövlət təqaüd proqramı

Namizədlərə olan Tələblər:

  • Ukrayna, Belarus, Moldova, Mərkəzi Asiya və Qafqaz vətəndaşları
  • Prioritet olaraq akademik nailiyyəti yüksək olan, təşkilatçılıq qabiliyyəti və praktikada vətənində akademik və sosial həyatının müxtəlif sahələrində əldə etdikləri bilikləri tətbiq etməyi bacaracaqlarını göstərə biləcək namizədlər
  • Diplomu olan namizədlər (universitetdə 4 və ya 5 illik təhsilli bitirmiş bakalavr və ya magistr diplomu) olmalıdır. Humanitar elmi öyrənən namizədlər prioritet təşkil edir: tarix, politologiya, sosiologiya, sosial psixologiya, kulturologiya, menecment, beynəlxalq münasibətlər, jurnalistika, etnologiyası, idarəetmə və hüquq
  • Proqramda iştirak etmək üçün Polyak dilini təhsil almaq üçün lazımı səviyyədə bilməlidir, dili bilməyən tələbələr məcburi halda intensiv Polyak dili kursunu keçməlidirlər.

Proqramda iştirak etmək üçün lazım olan sənədlər:

  • Bakalavr və ya magistr diplomunun surəti
  • Ərizənin doldurulması
  • Motivasiya məktubu
  • Tədqiqatların layihə-planı
  • CV (polşa dilində ya da ingilis dilində)
  • Akademik layihələrin, işlərin nümunələri, akademik nəşrlərin siyahısı
  • Polyak və ya ingilis dillərini bildiyini təsdiq edən sənəd
  • Təqaüdün təyin edilməsi üçün komissiyanın qərarına təsir edə biləcək əlavə sənədlər.

Təqaüdə müraciət etmək üçün bütün sənədləri ölkənizdə olan Polşa səfirliyinə şəxsən və ya poçt vasitəsiylə təqdim etmək lazımdır.

Zərfin üzərində belə yazı olmalıdır : “ScholarshipProgramforYoungAcademicians”.

Bundan başqa PDF formada scan olunmuş sənədlər bu ünvanada göndərilməlidir:  stypendia.studium@uw.edu.pl

Təqüad haqda bütün sualları bu ünvana yazaraq cavab ala bilərsiniz: stypendia.studium@uw.edu.pl

Ətraflı məlumatı buradan ala bilərsiniz.

  • Qeydiyyat üçün son Tarix: 1 mart 2017
  • Təqaüd: 1350 PLN/hər ay (321$)
  • Tarix: Hər il
  • Harada: Polşa

Əlaqə:

İxtisaslar: Psixologiya, Sosiologiya, Hüquq, Politologiya, Beynəlxalq münasibətlər, jurnalistika, Mühəndislik işi, Tarix, Kulturologiya

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *