Posts

Təqaüd üçün Tövsiyyə məktubu haqqında faydalı tövsiyyələr.

Təqaüd üçün Tövsiyə məktubunun yazılışı haqqında faydalı tovsiyələr.

Təqaüd üçün tövsiyə məktubu tələbənin, təqaüd üçün əsas meyarlardan sayılan, xasiyyəti, insani keyfiyyətləri və nailiyyətləri haqda məlumatları yaxından tanıdığı şəxs tərəfindən yazılır.

Təqaüd üçün tövsiyə məktub yazmaq olduqca məsuliyyətli və çətin işdir. Tələbə haqqında dəqiq və spesifik məlumat vermək tövsiyə edən şəxsin məsuliyyətindədir. Belə ki, tələbənin məktub yazmaq üçün müvafiq və ləyaqətli tövsiyəçi seçməsi çox vacibdir.

Pis yazılmış tövsiyə məktubu tam təqaüdü əldə etmək şansına mane ola bilər. Bu halda tövsiyəçi  tələbə haqqında, mümkün olduğu qədər, çox məlumat əldə etməlidir.

Təqaüd üçün tövsiyə məktubu işəgötürən, müəllim, əməkdaş və ya bir məktəb müəllimi tərəfindən alına bilər.

Tövsiyyə məktubunun yazılması haqqında tövsiyyələr

Tövsiyə məktubu necə yazılmalıdır?

  • Məktubu tövsiyə edən şəxsin özünü təqdim etməsi ilə başlamalı və tələbəni hardan tanıdığını qısa şəkildə yazmalıdır.
  • Təqaüd üçün müraciətin əsas səbəbləri, tövsiyə olunan şəxsin təqaüdü qazanmağa layiq olduğunu əks etdirən yazı məktubda aydın şəkildə yazılmalıdır. Bu məktubun ən mühüm aspektidir.
  • Tələbənin insani keyfiyyətləri, onun maraqları, hər hansı sahələrdə xüsusi nailiyyətləri, motivasiya və intellekti aydın şəkildə qeyd olunmalıdır.
  • Bugünə qədər əldə etdiyi imtahan nəticələri də,yaxşı olduğu təqdirdə, məktuba əlavə edilə bilər.
  • Daha sonra, tövsiyəçi tövsiyə edən şəxsin təqaüdü qazanacağına inandığını vurğulamalıdır.
  • Məktubun sonunda isə tovsiyəçi öz əlaqə nömrəsini və elektron ünvanını qeyd etməlidir

Essay (inşa) nədir və necə yazılmalıdır.

Essay və təqaüd proqramları.

Təqaüd proqramlarına müraciət olunduqda əksəriyyətinin müəyyən mövzularda inşa (essay) yazmağı tələb etdiyini görə bilərik. Yalniz  təqaüd proqramların cüzi hissəsi təkcə müraciət forması və qiymətlərin transkriptini yetərli sayıb qəbul edirlər. Siz təqaüd proqramının inşa yazmaq tələbi ilə qarşı-qarşıya qaldığınız zaman özünüzə xatırladın ki, bu tələb qarşısında qoyacağınız səy sizi təqaüd komitəsinə özünüzü “satmaq” imkanı qazandıracaq. Yazınız aydın və inandırıcı olduğu təqdirdə, təqaüd komitəsi tərəfindən təbrik məktubunu elektron ünvanınızda tapa bilərsiniz!

İnşanızı daha yaxşı yazmağın effektiv yolları:

  1. Təlimatları oxuyun və yazıya başlamamışdan əvvəl onları anladığınıza əmin olun.
  2. Yazıya başlamamışdan əvvəl nə yazacağınız haqda düşünün və fikirlərinizi cəmləşdirin.
  3. Yazı prosesini yazının planını qurmaqla başlayın.
  4. Yazı planınızın təlimatlarda bildirilən bütün aspektlərə toxunduğuna əmin olun.
  5. İnşa ərzində aydın,qısa və sadə dildən istifadə edin.
  • Yazınızdakı qrammatika və orfoqrafiyanın qüsursuz olduğuna əmin olun.
  • Əvvəl sualları sonra isə inşanızı diqqətlə oxuyun. İnşanızın bütün sualları əhatə etdiyinə əmin olun.
  • Yazınızı təsdiq etməkdən öncə güclü yazı və redaktə bacarıqlarına malik olan şəxslə inşanızı bir daha incələyin.

essay yazmağın qaydaları.

Təqaüd proqramları üçün ən çox istifadə olunan inşa (essay) mövzuları:

  • Özününüz haqda bizə danışın.
  • Gələcəkdə sizi təhsil və karyeranızda irəliyə aparacaq hansı xüsusiyyətləriniz var?
  • Sizi kim və yaxud nə ruhlandırır?
  • Oxuduqdan sonra ruhlandığınız kitab və yaxud məqalə haqda yazın
  • Siz nə üçün bu təqaüdü qazanmaq istəyirsiniz?
  • Sizin cəmiyyətdə təhsil niyə önəmli hesab olunur?
  • Keçən il ərzində cəmiyyətinizə dəyişiklik edəcək hansı işləriniz olub?
  • Dünyanı yaxşı tərəfə dəyişmək üçün nə edərdiniz?
  • Özünüzü lider hesab edirsiniz? Niyə hə/yox?
  • Əgər sizdən sağlamlıq, iqtisadiyyat, ayrı-seçkilik və ya seçdiyiniz cari mövzu haqda təkmilləşdirilməsinə təkan olacaq həll yolları təklif etməyiniz istənilsəydi bu hansı təkliflər olardı?

Daha ümumi mövzu ilə yanaşı, təqaüd proqramları təhsil sahəniz, şəxsi nailiyyətləriniz, gələcək məqsədləriniz, maddi ehtiyaclarınız və digər mövzularda sizdən inşa yazmağı istəyə bilərlər. Müxtəlif mövzularda özünüzü təkmilləşdirin.

Məqaləmizin faydalı olduğuna ümüd edirik. Uğurlar!

Gənc Liderlər üçün Leyn Kirkland Təqaüd Proqramı (Polşa).

Məlumat:

Leyn Kirkland təqaüd proqramı ali təhsilli doğma ölkələrində, regionda demokratiyanın, iqtisadiyyatın və cəmiyyətin inkişafında maraqlı olan gənc liderlər üçün nəzərdə tutulan. Proqram Polşada 2 semestr təhsil və 2 həftəlik özəl və ya dövlət müəssisələrinin birində təcrübə — təlim şəklində verilmişdir.

Proqramda iştiraka o namizədlər dəvət olunurlar ki, proqram başa çatdıqdan sonra vətənə qayıtmağı planlaşdırır və əldə etdikləri bilikləri təcrübədə tətbiq edəcəklər.

Təqaüd Proqram belə sakələr üzrə aparılır: 

  • İqtisadiyyat və menecment
  • Administrasiya və menecment (biznes, QHT, səhiyyə, təhsil, mədəniyyət)
  • Dövlət müəssisələrinin administrsiyası
  • Hüququ
  • Sosial elmlər
  • Politologiya və beynəlxalq münasibətlər
  • Jurnalistika
  • İnkişaf siyasəti.

Təqaüd Proqram -nın iştirakçıları aylıq 1800PLN miqdarında təqaüd alacaq, həmçinin təşkilatçılar bu xərcləridə ödəyirlər:

  • universitet xərcləri
  • Polşaya avia-uçuş
  • sığorta
  • yaşayış
  • Polşa daxili nəqliyyat xərcləri
  • viza
  • materiallar.

Polşada təqaüd proqramı, Poland scholarships

Namizədlərə olan Tələblər:

  • Ekspertlər, siyasətçilər, hökumət müəssisələrində işəgötürənlər;
  • Sahibkarlar və menecerlər
  • Qeyri-hökumət təşkilatlarının və mədəniyyət təşkilatlarının rəhbərləri;
  • Müəllimlər;
  • Jurnalistlər;
  • Ukrayna, Belarus, Rusiya, Moldova, Gürcüstan, Azərbaycan, Qazaxıstan, Qırğızıstan vətəndaşlar;
  • Magistr dərəcəsinə malik olan namizədlər;
  • Yaş həddi 35 yaş (bəzən 40 yaş);
  • Azı 2 il iş təcrübəsi;
  • İngilis diliyi biliyi ( ingilis dilində təlim Belarus və Ukrayna vətəndaşlarından başqa hamı üçün mümkündür).

Təqaüd Proqramı -nda iştirak etmək üçün bu sənədlər lazımdır:

  • Qeydiyyat formu
  • 2 zəmanət məktubları (polşa, rus və ya ingilis dillərində);
  • Magistr və elmlər namizədi diplomunun surəti.

Sənədləri skan edərək bu email-a göndərmək lazımdır:  kirkland@kirkland.edu.pl

Suallarınıza cavab almaq üçün bu email-a yazın: kirkland@kirkland.edu.pl

Proqram haqqında daha ətraflı məlumat almaq üçün təşkilatçının saytını ziyarət edin.

Azərbaycan dilində məlumat üçün isə bu link-ə keçid edin.

İxtisaskar: Biznes idarəetmə, Jurnalistika, Politologiya, İqtisadiyyat, Hüquq, , Sosiologiya

  • Qeydiyyat üçün son Tarix: 1 mart 2017
  • Təqaüd: xərclərin ödənilməsi
  • Tarix: sentyabr 2017 — iyun 2018
  • Harada: Polşa

Əlaqə:

Yaponiyada ali təhsil üçün «JFUNU Scholarships» Təqaüd Proqramı

Məlumat:
Yaponiya təhsil fondunun Japan Foundation for Scholarship UNU (JFUNU) təqaüd proqramı inkişaf etməkdə olan ölkələrdə olan istedadlı tələbələr üçün nəzərdə tutulub. Namizədlər o tələbələr ola bilər ki, maliyyə dəstəyinə ehtiyacları var və onlar «United «Nations University» universitetin  — Advanced Institute for the Study of Sustainability Sustainability (UNU-IAS) Proqramme proqramına müraciət etsinlər.

Təqaüd bunlardan ibarətdir:

  • Təhsil haqqının tam ödənilməsi
  • 24 ayı ərzində yaşayış xərclərini ödəmək üçün aylıq 150,000 JPY (1.300 $) məbləğində təqaüd ayrılır.

Tələbələr tibbi sığorta, viza rüsumu, Yaponiyaya və geriyə avia-uçuş kimi xərcləri özləri ödəməlidir.

Yaponiyada təhsil, yaponiya təqaüdü

Namizədlərə olan Tələblər:

Namizədlər təqaüdü almaq üçün «Master of Science in Sustainability»  proqramına müraciət etməlidirlər,  qəbul üçün belə tələblərə uyğun olmalıdırlar:

  • Davamlı inkişafa maraq göstərmək;
  • Davamlı inkişafı ilə yanaşı akkreditasiya olunmuş universitetlərin birində bakalavr dərəcəsi olmalıdır. 2017-ci ildə bakalavr dərəcəsi alacaq namizədlərdə ərizə verə bilər;
  • 4 ballıq qiymət cədvəli üzrə GPA 3.5 və ya yuxarı ;
  • İngilis dilinin əla bilməli (600 TOEFL — Paper-Based Testing (PBT)); 100 TOEFL — Internet-Based Testing (IBT); 7.0 — IELTS

Təqaüdü qazanmaq üçün:

  • İnkişaf etməkdə olan ölkələrdən (siyahı linkdə göstərilib) birinin vətəndaşı olmaq;
  • Artıq Yaponiyada təhsil alan tələbələr təqaüdə iddia edə bilməz;
  • Magistr dərəcəsinə malik olan namizədlər təqaüdə iddia edə bilməz.

Təqaüd almaq üçün ayrıca müraciət yoxdur. İnkişaf etməkdə olan ölkələrin vətəndaşları olan istedadlı və maddi ehtiyacı olan tələbələr avtomatik olaraq təqaüdə iddiaçı kimi baxılır.

Yaponiya Təqaüd Proqramları haqqında daha geniş məlumatı bu linkdən ala bilərsiz.

Daha ətraflı məlumatı təşkilatçıların saytından əldə edə bilərsiz.

  • Qeydiyyatın son tarixi: 28 fevral 2017
  • Təqaüd:    150,000 JPY (1.300 $)
  • Tarix: Hər il
  • Harada: Tokio, Yaponiya

Əlaqə:

Hollandiyada Energetika üzrə Yay Məktəbi (Qorninqen Universiteti).

Məlumat:

Yay məktəbi 17-25 avqust tarixlərində  Hollandiyanın Qorninqen Universitetində keçirdiləcək.

Yay məktəbinin mövzusunun əsası (Groningen Energy Summer School (GESS) 2017) müxtəlif ixtisasların energetika sahəsinə sosial və texniki keçididir. Yay məktəbinin sayəsində doktorantura dərəcəsi olan tələbələr energetikanın sahəsinin müxtəlif aspektlərini ətraflı incələyə, araşdıra biləcək və yeni fikirlər haqqında düşünəcəklər. Bu il «Energetika keçidi» mövzusunda 6-cı yay məktəbi keçiriləcəkdir.

OECD (İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı) ölkələrinin vətəndaşı olmayan tələbələr üçün təqaüd ayrılmışdır (Azərbaycan bu təşkilata daxil deyil).

Təqaüdə daxildir:

  • Yaşayış xərci
  • yay məktəbində təhsil

Holladiyada yay məktəbi

Namizədlərə olan Tələblər:

  • doktorantura tələbəsi və ya elmlər namizədi olması
  • ingilis dilini  müzakirələrdə aktiv iştirak edə bilməsi və öz araşdırmalarının təqdimatını həyata keçirə biləcəyi  səviyyədə bilməlidir.

Məktəbdə iştirak etmək üçün aşağıda sadalanan sənədləri baxılması üçün təşkilatçılara təqdim etməlisiz:

  • müraciət formu
  • motivasiya məktubu
  • CV
  • tələbə olması haqda sənəd
  • foto
  • pasportun nüsxəsi

Yay məktəbi haqqında ətraflı məlumatı universitetin saytından əldə edə bilərsiz.

Son qeydiyyat tarixi: 15 mart 2017

Təqaüd: Xərclərin qarşılanması

Tarix: 17-25 avqust 2017

Harada: Qroninqen, Hollandiya.

İxtisaslar: Bütün ixtisaslar

Əlaqə:

 

Türkiyə Dövlət Təqaüd Proqramı.

Türkiyə Bursları nədir?

«Türkiyə təqaüdləri» (Türkiye Bursları) proqramı çərçivəsində tələbələrə təqaüd təmənnasız təqdim olunur. Bu haqqı qazanan tələbələr onların akademik keçmişlərinə uyğun bölmələrdə təhsil aldıqları müddət ərzində təqaüd almağa davam edirlər.

Türkiyə təqaüdləri özlüyündə bir neçə hissəyə bölünür. Seçdiyiniz universitetdən və ixtisasdan asılı olaraq bu proqramlardan hansına müraciət edəcəyinizi öncədən dəqiqləşdirməlisiniz.Türkiyə bursu

Bakalavr təqaüdləri

  • Türkdilli ölkələr üçün təqaüd proqramı
  • Balkan ölkələri üçün təqaüd proqramı
  • Qara dəniz təqaüd proqramı
  • Türk-Afrika təqaüd proqramı
  • Bosfor təqaüd proqramı
  • Anadolu təqaüd proqramı

Magistr və doktorantlar üçün təqaüdlər

  • «Ali Kuşçu adına elmi və texnoloji» təqaüd proqramı
  • «İbn Haldun adına sosial elmlər» təqaüd proqramı

İxtisaslar üzrə təqaüdlər

  • İbn Sina adına tibb elmlərinin təqaüd proqramı
  • İlahiyyat fakültəsinin təqaüd proqramı
  • Yunus Emre adına türk dili fakültəsinin təqaüd proqramı

Qısamüddətli təqaüdlər

  • Məktəblərə qəbul olanlar üçün təqaüd proqramı (Alihik)
  • Elmi-tədqiqat təqaüdləri
  • Həvəsləndirici təqaüdlər proqramı
  • Dəstəkedici təqaüdlər proqramı

Türkiyə Bursları‘na edilən müraciətlərin qiymətləndirilməsi iki mərhələli olaraq həyata keçirilir:

  1. Akademik müvəffəqiyyət
  2. Müsahibə

Türkiyə Bursları‘nın tələbələrə təmin etdiyi imkanlar bunlardır:

Türkiyədə təhsil, təqaüdlə təhsil

Aylıq təqaüd  

Bakalavr 600 TL (təxminən 200 USD)

Magistr; 850 TL (təxminən 360 USD)

Doktorantura; 1.200 TL (təxminən 575 USD)

Araşdırma; 3.000 TL (təxminən 1.000 USD)

Yaşayış

Təqaüdçülər dövlət yataqxanalarında ödənişsiz olaraq qala bilirlər. Bu imkandan faydalanmaq istəməyən tələbələr isə ödənişi özləri qarşılamaq şərti ilə fərqli yerlərdə qala bilərlər.

Təhsil xərci

Təqaüdçülər yerləşdirildikləri universitetlərdəki təhsil haqqını ödəmirlər.

Sığorta xərcləri

Təqaüdçülər sağlamlıq zəmanəti altındadır.

Türkçə təhsil ili

Türkçə bilməyən təqaüdçülərə 1 il müddətlə Türkçe təhsil verilir. Şagirdlər təhsil aldıqları müddət ərzində bütün təqaüd imkanlarından faydalanmağa davam edirlər.xaricdə təqaüdlə təhsil

Nəqliyyat xərcləri

Təqüdçülər Türkiyəyə gəldiklərində və təhsillərini tamamladıqdan sonra ölkələrinə dönüşlərində, nəqliyyat xərcləri üçün ödəmə edilir.

BAKALAVR KİMİ MÜRACİƏT ETMƏK ÜÇÜN TƏLƏB EDİLƏN SƏNƏDLƏR

Türkiyə Burslarından istifadə etməyin əsas şərtlərindən biri yaş həddidir. Növbəti il bakalvr səviyyəsinə müraciət etmək üçün yaşınız 01.01.1995-ci ildən daha kiçik olmalıdır. Türkiyə Bursları, akademik müvəffəqiyyət əsaslı bir proqramdır. Türkiyə Bursları‘na müraciət edəcək tələbələrin nailiyyətləri, aşağıdakı meyarlara görə müəyyən edilir:

  • Attestat nəticələri
  • Alınan qiymətlərin ümumi ortalaması (GPA)
  • Universitetə daxil olma imtahanı nəticəsi (varsa)
  • Beynəlxalq imtahan nəticələri (varsa)
  • Digər

Nəticələr təhsil səviyyəsindən asılı olaraq yuxarıda qeyd edilmiş sənədlərdə müvəffəqiyyət dərəcəsi aşağıdakı kimi müəyyənləşdirilib.

Bakalavr üçün -70%

Magistratura üçün – 75 %

Doktorantura üçün- 75 %

Tibb fakültəsi tələbələri üçün 90%

Əskiksiz müraciət edən namizədlərdən akademik olaraq kafi görülənlər müsahibəyə dəvət edilirlər. Namizədlərə müsahibə e-mail ünvanları və online müraciət sistemi vasitəsilə çatdırılır. Müsahibələr namizədlərin olduqları ölkələrdə üz-üzə həyata keçirilir.

Ətraflı məlumat üçün təşkilatçıların saytına baxın.

Əlaqə:

Tel: 0850 455 0 982

info@turkiyeburslari.gov.tr

Oğuzlar Mah. Mevlana Bulvarı No: 145 P.K: 06520 Balgat — ANKARA — TÜRKİYE

«University of Pennsylvania» universitetinin yay məktəbi.

Məlumat:
University of Pennsylvania universitetinin eksperimental sinifdə yay məktəbi proqramı ilə birgə intensiv təlim kursu və təlim metodlarını özündə cəmləyir. Təhsil saat 9.00-dan — 16.00-a qədər bazar ertəsindən cümə gününədək  mühazirələrdən ibarətdir və  müzakirələr, laboratoriyalarda iş və ekskursiya qrup şəklində təşkil olunur.

Yay məktəbinin müəllimləri və əməkdaşları  «University of Pennsylvania»  universitetin müəllimləridir.

summer school, Amerikada yay məktəbi

Namizədlərə olan Tələblər:

  • Yay məktəbi proqramının iştirakçısı 9-11ci sinif şagirdləri və bu tələblərə uyğun gələn məktəb məzunları ola bilər
  • Ən azı 3.3 GPA (transkript)
  • İngilis dilini əla səviyyədə bilmək
  • Yaxşı tövsiyyə məktubu
  • Dərsdənkənar maraqların çox sayda olması.

Namizədlər komissiyanın cavabını elektron poçt vaistəsi ilə alacaqlar.

Yay məktəbində iştirak etmək istəyən namizədlər online qeydiyyatdan keçməlidirlər.

Yay məktəbində iştirak etmək üçün:

  • Ərizəni doldurmaq
  • Esse yazmaq
  • Transkript
  • Zəmanət (niyyət) məktubu
  • İngilis dili üzrə test nəticəsi (TOEFL və ya IELTS)
  • Qeydiyyat rüsumu — 75 $.

USA summer School, ABŞ yay məktəbi

Esse  400 sözdən çox olmamalıdır, namizədin təhsilini qiymətləndirilməsi və onun səviyyəsinə təyin etmək üçün essedə təhsili haqqında yazmalıdır. Həmçinin sinifdən xaric fəaliyyətini təsvir etmək lazımdır: konüllülük işləri, səyahət, iş və idman nailiyyətləri. Həmçinin namizədin məqsədlərini qısaca təsvir etmək lazımdır (akademik və şəxsi)  və həmçinin «University of Pennsylvania» universitetində yay məktəbi proqramı bu məqsədlərə nail olmağa necə  təsir edəcəkdir.

Yay məktəbi Proqramı ilə bağlı ətraflı məlumatı buradan ala bilərsiz.

Yay məktəbi Proqramına qeydiyyat haqda məlumatı buradan ala bilərsiz.

İxtisaslar: Bütün ixtisaslar

  • Qeydiyat üçün son Tarix: 15 may 2017
  • Tarix:  2017-ci ilin yayı
  • Harada: Filodelfiya, ABŞ

ABŞ-da təhsil təqaüdü, maaşlı təcrübə (Internships) və yay məktəbləri haqqında məlumatı buradan ala bilərsiniz.

Əlaqə:

DAAD-dan növbəti təqaüd

İş təcrübəsi olan şəxslər üçün DAAD təqaüdü

Məzunlar üçün „İnkişaf etməkdə olan və keçid iqtisadiyyatlı ölkələr“ mahiyyətli  təhsil təqaüdü

Məqsəd: 

  • Bir alman ali məktəbində magistr təhsili və ya  doktorantura
  • İnkişaf siyasəti mahiyyətli ixtisaslar

Müddəti:

  • Bir qayda olaraq magistr təhsili 2-4 semestr.

daad_jubilaumsfahnen_haupthaus

 

Kim sənəd verə bilər:

  • Ali məktəb məzunları (Ərizə verilən zaman ərizəçilər ali məktəbi 6 ildən çox olmayaraq bitirmiş olmalıdır)
  • Ən azı iki illik iş təcrübəsi (inkişaf siyasəti ilə bağlı olmalıdır.)
  • Ərizə verilən vaxt Almaniyada artıq bir ildən çox olan şəxslər müraciət edə bilməzlər

Şərtlər:

  • Çox yaxşı alman və ya ingilis dili bilikləri olmalıdır (ixtisasdan asılı olaraq)
  • Çox yaxşı təhsil nəticələri olmalıdır
  • İnandırıcı və inkişaf siyasəti baxımından əhəmiyyətli əsaslanma məktubu
  • İxtisaslardan asılı olaraq əlavə şərtlər mövcud ola bilər

Siz yalnız bu siyahıda olan ixtisaslara sənədlə müraciət edə bilərsiniz:Liste

Əgər başqa bir ixtisasa sənəd vermək istəyirsinizsə, bu zaman DAAD-nin normal master təqaüd programlarına müraciət edə bilərsiniz. Bu təqaüd proqramı haqqında ətraflı məlumatı buradan ala bilərsiniz.

Ərizə vermə müddəti 2016:

Hər il 30 September və ya 15 Oktober: Almaniyada müvafiq ali məktəbdə (vaxtını dəqiqləşdirin)

Ərizə üçün lazımi sənədlər:

Sənədlər haqqında məlumatı buradan götürün.

405-convocatorias_de_becas_daad

Təqaüd:

  • Aylıq təqaüd 750 €
  • Almaniyada sağlamlıq sığortası
  • Səfər xərcləri üçün ümumi miqdar
  • Ailəli təqaüdçülərə maddi dəstək (əgər həyat yoldaşı və uşaq təqaüdçünü Almaniyaya müşayiət edirsə)

Fransada Emil Баутми adına bakalavr və magistr təqaüdü proqramı

Sciences Po universitetinin  yaradıcısının (1871 ci il) şərəfinə təsis  olunmuş  Emil Bautmi təqaüd proqramı Avropa İttifaqına daxil olmayan ölkələrdən ən yaxşı tələbələri cəlb etmək məqsədilə təsis edilmişdir.

Emil Баутми adına təqaüdü universitetin qəbul prioritetlərinə uyğun olan və fərdi kurs tələblərinin ən yaxşılarına verilir.

845542_1307555122_0

Namizədlərə olan tələblər:
Təqaüd almaq hüququ olan tələbələr, Avropa İttifaqına (Aİ) daxil olmayan ölkədən olmalıdır. Onların ailələri Aİ-yə vergi ödəməməlidirlər, tələbələr magistratura və bakalavr proqramlarından birin qəbul olmalıdırlar.

Təqaüd almağa hüququ olmayan tələbələr:

  • Norveç və İsveçrədən olan namizədlər, çünki onlar CROUS təqaüdü almaq hüququna malikdir
  • İkili və AB vətəndaşlığı olan namizədlər
  • İkili dərəcəsi olan namizədlər
  • Doktoranturada (PhD) 3cü il oxuyan namizədlər

Emil Bautmi təqaüdü  Eiffel təqaüdü ilə birləşdirilə bilməz.

Bu təqaüdlər namizədin seçdiyi sahə üzrə dərs başarılığından  aslı olarq verilir. Sosial amillər də nəzərə götürülür.

Bu təqaüdü avtomatik olaraq verilmir. Təqaüdə müraciəti ayrıca sorğu ilə etməlisiz.

Təqaüdün müddəti hər zaman təqaüd alanın akademik müvəffəqiyətləindər  asılıdır.Təqaüd alanlar il ərzində öz kurs yoldaşları arasında yuxarı qiymət göstəriciləri sırasında olmalıdır.

Üç il ərzində bakalavr proqramı üzrə təhsil alanlara ildə 7,300 avro məbləğində qrant ayrılır əlavə olaraq yaşayış xərclərinə isə 5.000€ ödənilir.

İki il ərzində magistr proqramı üzrə təhsil alanlar ildə 10,000 avro məbləğində qrant ayrılır əlavə olaraq yaşayış xərclərinə isə 5.000€ ödənilir.

Daha ətraflə məlumatı təşkilatçıların saytından ala bilərsiniz.

Əlaqə:

The Bursaries and financial aid office located at:

9, rue de la Chaise — 75007 Paris
Garden level
Opening hours:

Monday to Thursday from 10:00am to 1:00pm and 2:00 to 5:00pm
Friday from 10:00am to 1:00pm

Contact : Info.bourses@sciencespo.fr

Tələbələr üçün «Google» şirkətində biznes təcrübə

Qeydiyyatın son vaxtı: 1 dekabr 2016                                     Təqaüd: maaş

Harda: müxtəlif ölkələr                                                                 Vaxt: 2017

Keçirilmə vaxtları: İldə 3 dəfə

google-fraude

Məlumat:
Google şirkəti 2017-ci ildə tələbələrə biznes-təcrübəsi keçməyi təklif edir. Tələbələr aşağıdakı biznesin sahələri  ilə məşğul olacaqdır: Youtube-la iş, Google, iri müştərilər ilə iş, satış və əməliyyat, marketing, Google-də texniki xidmətlər və s.

Onlar belə şəhərlərində təcrübə keçəcəklər:
Amsterdam, Hollandiya;
Kopenhagen, Danimarka;
Bratislava, Slovakiya;
Praqa, Çexiya;
Nayrobi, Keniya;
Afina, Yunanıstan;
Varşava, Polşa;
Yohannesburq, Cənubi Afrika;
Kiyev, Ukrayna;
Oslo, Norveç;
Brüssel, Belçika;
Helsinki, Finlandiya;
Varşava, Polşa;
Vyana, Avstriya;
Stokholm, İsveç;
Dubay, Birləşmiş Ərəb Əmirlikləri;
Münhen, Almaniya;
Buxarest, Rumıniya;
Milan, İtaliya;
Hamburq, Almaniya;
Zaqreb, Xorvatiya;
Paris, Fransa;
Sürix, İsveçrə;
Moskva, Rusiya;
Tel Авив, İsrail;
Laqos, Nigeriya;
Lissabon, Portuqaliya;
Madrid, İspaniya;
Budapeşt, Macarıstan;
İstanbul, Türkiyə.

Təcrübənin və layihənin keçirilmə yerindən asılı olaraq bütün iştirakçılar üçün təcrübənin tarixi dəyişə bilər. Namizədlərin müraciətləri  Google-a müraciət edilən kimi dərhal baxılır və Google komandası namizədlərin  rezumesinə əsasən olaraq onlara ən uyğun  təcrübə yeri təyin edir. Təcrübə 6 həftədən 10 həftə müddətində ola bilər.

Təcrübə ödənişlidir (maaşlıdır).

 

Namizədlərə olan tələblər:
Onlar bu minimal tələblərə uyğun olmalıdır

  • Tələbə statusu olmalı, magistratura və ya  təcrübə müddətində  bakalavr proqramlarının birində təhsil almalıdır.  Ali məktəbi  2017 və  ya 2018-ci ildə qurtaran tələbələrə üstünlük verilir. (yəni axırıncı kurslarda olmalıdır ki, təhsili bitirən kimi iş dəvəti ala bilsin.)
  • Namizəd  təcrübə başa çatdıqdan sonra təhsilini davam etdirməyə məcburdur
  • Namizədlərin  6 həftədən 10 həftəyə qədər təcrübə keçmək üçün zaman imkanı olmalıdır.

Namizəddən tələb olunan minimum göstəricilər:
Satış sahəsində, məsləhətçi, marketinq, maliyyə, təhlil, müştərilərlə iş sahələrində iş təcrübəsi keçmək və ya hardasa bu sahələrdə praktikası olmanlar.

Kim bu təcrübə ilə maraqlanırsa təşkilatçıların saytında  qeydiyyat formunu doldura bilər.

Əlaqə:

Google Inc. 1600 Amphitheatre Parkway Mountain View, CA 94043 USA