Tuluzada (Fransa) şəhərində riyaziyyat və informatika sahəsi üzrə magistrlar üçün təqaüd proqramı

Məlumat:
Hər il Tuluza Riyaziyyat  və Kompüter Elmləri Beynəlxalq Mərkəzi (CIMI) riyaziyyat və kompüter elmləri üzrə magistr dərəcə proqramlarına təqaüd ayırır.

62

Təhsilin birinci ilində 4 və ikinci təhsil ilini davam etdirən magistrlar isə 10 magistr təqaüdünə namizəd ola bilərlər. Maliyyələşmə təhsil haqqını, Tuluzada yaşayış  xərclərinin bir hissəsini və 600-1000€ miqdarında aylıq ödəniş.  Seçilmiş namizədlər Fransaya gəldikdən sonra intensiv Fransız dili kursu almaq imkanı olacaq.

Namizədlərə olan tələblər:
Bakalavr dərəcəsini və ya magistratura təhsilinin ilk ilini uğurla başa çatdırmış tələbələr bu proqrama dəvət oluna bilər. Elmi nailiyyətləri və fransız dil səviyyəsi olan  namizədlərə  xüsusi diqqət ayrılacaq.

Qeydiyyat icrası:

Müsabiqədə iştirak etmələri üçün namizədlər aşağıdakı sənədləri toplamaları lazımdır:

  • CV (maksimum 2 səhifə)
  • ali təhsil diplomunun surəti
  • əvvəlki tədris ilində dinlədiyi dərslərin siyahısı
  • iki tövsiyə məktubu
  • motivasiya məktubu
  • B1 səviyyəsində Fransız dili biliyi (sübut)

Sənədlər hər il 31 yanvara qədər  e-poçt ünvanına pdf formatında göndərilməlidir: contact@cimi.univ-toulouse.fr

 

Əlavə məlumat:

Subscribe For Latest Updates

Qeydiyyatdan keçin və yeni təqaüdlər sizin ayağınıza gəlsin.