Visegrad təqaüd proqramı

Məlumat:
Visegrad təqaüd proqramı tələbə və alimlərin mübadiləsi üçün seçilmiş ölkələr arasında təsis edilib. Bu təqaüdə  magistr və post-magistr proqramlarının  tələbələri 1-4 semestr müddətdə ala bilərlər. Tələbələr qəbul edən universitetdə təqaüd proqramı müddətində təhsil almalı və ya araşdırma işləri aparmalıdırlar. Bu ölkələrdə (Çexiya, Polşa, Macarıstan, Slovakiya) dövlət akkreditasiyası olan bütün universitetlər Visegrad təqaüd proqramı üzrə tələbə qəbul edə bilər.

Təqaüdü magistratura və post-magistratura təhsil proqramlarında və ya araşdırma proqramlarında təhsilini davam etdirən tələbələr V4 (Çexiya, Polşa, Macarıstan, Slovakiya) həmçinin qərbi Balkan və Şərq Əməkdaşlığı ölkələrində keçə bilərlər.

Təqaüdə daxildir:

  • Tələbənin hər ay alaçağı təqaüd — 2300€
  • Qəbul edən universitetin hər ay alaçağı təqaüd — 1300€
  • Əgər tələbə qəbul edən universitetdən 1500km aralıda yaşayırsa nəqliyyat xərclərinin ödənilmə ehtimalıda var

visegrad-scholarship-program-fzvmwcasu1nhiuys6omcewewf8y51zfj

Namizədlərə olan tələb:

  • Adı çəkilən ölkələrin tələbələri: Albaniya, Azərbaycan, Belarusiya, Bosniya və Hersoqovina, Gürcüstan, Kosovo, Makedoniya, Moldova, Serbiya, Rusya, Ukrayna. Bu ölkələrdən olan tələbələr magistratura sahəsi üzrə (4 semestrdan çox olmamaq şərti ilə) və doktorantura sahəsi üzrə (2 semestrdən çox olmamaq şərti ilə) təqaüdə müraciət edə bilərlər.
  • Namizədlərin bakalavr dərəcəsi olmalıdır, nadir hallarda, universitetin  3-cü kursunu bitirən tələbələrə iştirak etməyə icazə verilir
  • Namizədin bakalavr dərəcəsini aldığı ölkədən təhsilini davam etdirmək üçün təqaüd almaq hüququ yoxdur.

Qeydiyyat ərizəsini Online doldurub, çap edib (ərizə yerində çap sözünə tıklayaraq) imzalayıb və lazım olan digər sənədlərin orjinalı ilə poçtla göndərmək lazımdır.

Müraciət etmək üçün buradan qeydiyyatdan keçə bilərsiz.

Ətraflı məlumat üçün təşkilatçıların saytını ziyarət edə bilərsiz.

Əlaqə:

İnterna­tional Viseg­rad Fund Kráľovské údolie 8, 811 02 Bratislava Slo­vak Republic

+421 259 203 811

 

Son qeydiyyat vaxtı: 31 yanvar 2017

Təqaüd: 2,300€/semestr

Vaxtı: hər il

Harada: 16 ölkə

6 идей о “Visegrad təqaüd proqramı

    1. İA Автор поста

      Salam Nəzrin xanım. Zəhmət olmasa ərtaflı məlumat üçün təşkilatçının saytına daxil olun («Saytına» sözünü tıklayaraq). Cəvvəldə sol tərəfdə üst bəndin sağında «lampa» işarəsinin sütununda deadline-lar yazılıb. Diqqətiniz üçün təşəkkür edirik. Uğurlar olsun.

  1. Vüqar

    Salam,

    Səhifənizdə təqaüdlə bağlı çox faydalı və ətraflı məlumatları çatdırırsınız. Bizim üçün çox faydalı olur, buna görə sizə ilk öncə minnətdarlığımı bildirirəm. Visegrad Scholarship üçün onların vebsitesinden qeydiyyat keçmək üçün hansısa təşkilata üzv olmaq lazımdırmı? Yəni Profil necə yaratmaq olar? Yardımçı olmanızı xahiş edirəm. Öncədən təşəkkürlər!

    1. İA Автор поста

      Salam Vüqar bəy. Bizdə sizə diqqətinizə və təhsil almaq istəyinizə görə təşəkkür edirik. Qeydiyyatdan keçmək sərbəstdir,heç bir təşkilata üzv olmaq lazım deyil (ən azından belə tələblə rastlaşmamışam). Qeydiyyat yerini paylaşımda işarəlimişik. Buyurun.

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *

Subscribe For Latest Updates

Qeydiyyatdan keçin və yeni təqaüdlər sizin ayağınıza gəlsin.