Yapon dövlətinin təqaüd proqramı

 (Japanese Government Scholarships)

Yapon dövlətinin təqaüd proqramı 7 hissəyə bölünür.

1. Gənc liderlər üçün təqaüd.

    (Young Leaders’ Program Student)

Araşdırma sahələri:

  • dövlət idarəçiliyi
  • biznesin idarə olunması
  • hüquq
  • bələdiyyə idarəçiliyi
  • tibb idarəçiliyi

Hədəf sahəsi:

Asiyanın və başqa ölkələrin həyatında aktiv fəaliyyət göstərməyə hazırlaşan gənc və perspektivli idarəçilər.

Tələblər:

  • əcnəbi vətəndaşlar ( həmçinin Azərbaycan və MDB ölkələri)
  • sağlam
  • Yaş məhdudiyyəti  40-a qədər
  • ali təhsil müəssisəsinin/ kollecin diplomu

Təqaüdün miqdarı: 242.000 yen/ay = 2.100€ = 3.900 Azn, aviabiletin ödənişi.

Təqaüdün müddəti: 1 ildir.

Müraciət üçün son vaxt haqda Yaponiya ölkənizdəki səfirliyindən öyrənməlisiniz.

Proqramım saytına bu linkdən daxil ola bilərsiz.

Müraciət proseduru:

scholarship_main

2. Magistr və doktora təhsili almaq üçün təqaüd.

Hədəf sahəsi:

Yaponiya universitetlərində magistr və doktorantura dərəcələri üzrə təhsil almaq istəyən tələbələr.

Araşdırma sahələri:

Namizəd bakalavr dərəcəsində seçdiyi sahəni magistr və doktoranturadada davam etdirməlidir.

Ümumi tələblər:

  • əcnəbi vətəndaş olmalı.
  • sağlam olmalı
  • bakalavr dərəcəsi üzrə diplomu olmalı
  • yaş həddi 35-ə qədər

Təqaüdün miqdarı:

  • 143 000 yen / ay – bakalavr tələbəsi = 2.300 Azn
  • 144 000 yen / ay – magistr tələbəsi   = 2.320 Azn
  • 145 000 yen / ay – doktorantura tələbəsi  = 2.340 Azn
  • gediş- gəliş avia bileti

Yapon dilinin kursu: 6 ay

Təqaüdün müddəti: 2 ilə qədər.

Qeydiyyat üçün son vaxt: hər ilin mart ayında

Ətraflı məlumat üçün ölkənizdəki Yaponiya səfirliyinə müraciət edin.  

Proqramım saytına bu linkdən daxil ola bilərsiz.

 

3. Pedoqoji ixtisası olan tələbələr üçün təqaüd

Araşdırma sahəsi: Təhsil

Ümumi tələblər:

  • əcnəbi vətəndaş olmalı.
  • sağlam olmalı
  • bakalavr dərəcəsi üzrə diplomu olmalı
  • yaş həddi 35-ə qədər
  • pedaqoji ixtisas üzrə bakalavr dərəcəsi
  • 5 ildən az olmayan iş təcrübəsi:

1. orta məktəbdə- kollecdə müəllim

2.müəllimlərin ixtisas artırma mərkəzində müəllim

3.təhsil sahəsində çalışmalı

Təqaüdün miqdarı:

  • 143 000 yen / ay – bakalavr tələbəsi = 2.300 Azn
  • 144 000 yen / ay – magistr tələbəsi   = 2.320 Azn
  • 145 000 yen / ay – doktorantura tələbəsi  = 2.340 Azn
  • gediş- gəliş avia bileti

Təqaüdün müddəti: 1.5 ilə qədər

Qeydiyyat üçün son vaxt: hər il yanvar- fevral ayları

Ətraflı məlumat üçün ölkənizdəki Yaponiya səfirliyinə müraciət edin.

Proqramım saytına bu linkdən daxil ola bilərsiz.

4. Əcnəbi tələbələr üçün təqaüd.

Hədəf sahəsi:

Yaponiya universitetlərində təhsil almaq istəyən məktəb məzunları.

Araşdırma sahələri:

1.humanitar bilimlər

  • hüquq
  • siyasət
  • pedaqogika
  • sosialogiya
  • ədəbiyyat
  • tarix
  • Yapon dili və s.
  • iqtisadiyyat
  • biznesin idarəsi

2. təbiət bilimləri

  • riyaziyyat
  • fizika
  • kimya
  • metallurqiya
  • biotexnoligiya
  • mədən işləri
  • kənd təsərrüfatı
  • baytarlıq
  • farmasiya
  • biologiya
  • tibb
  • stomatologiya

Ümumi tələblər:

  • əcnəbi vətəndaş olmalı.
  • sağlam olmalı
  • orta məktəb atestatı
  • 17- 21 yaşa qədər

Yapon dili kursu: 1 il

Təqaüdün miqdarı:117 000 yen / ay = 1.900 Azn, aviabilet

Təqaüdün müddəti: 5 il,7 il – (Tibb,əczaçılıq, stomatologiya,baytarlıq).

Qeydiyyat üçün son vaxt: hər il mart ayı

Ətraflı məlumat üçün ölkənizdəki Yaponiya səfirliyinə müraciət edin.

Proqramım saytına bu linkdən daxil ola bilərsiz.

5. Texniki ixtisaslar üçün təqaüd

Hədəf sahəsi:

Yaponiya universitetlərində texniki sahələr üzrə təhsil almaq istəyən məktəb məzunları.

Araşdırma sahələri:

  • mexanika
  • elektronika
  • informatika
  • rabitə və hesablama şəbəkələri
  • memarlıq və mülki inşaat
  • dəniz mühəndizliyi

 Ümumi tələblər:

  • əcnəbi vətəndaş olmalı.
  • sağlam olmalı
  • orta məktəb atestatı
  • 17- 21 yaşa qədər

Təqaüdün miqdarı:117 000 yen / ay = 1.900 Azn, aviabilet

Təqaüdün müddəti: 4 il,  4.5 il – (dəniz mühəndisliyi).

Qeydiyyat üçün son vaxt: hər il mart ayı

Ətraflı məlumat üçün ölkənizdəki Yaponiya səfirliyinə müraciət edin.

Proqramın saytına bu linkdən daxil ola bilərsiz.

6. Hazırlıq kurslarında ixtisaslaşmış tələbələr           üçün təqaüd

Hədəf sahəsi: Yaponiya universitetlərində təhsil almaq istəyən məktəb məzunları.

Araşdırma sahələri:

  • texnalogiya
  • şəxsi qulluq və qidalanma
  • təhsil və xeyriyyəçilik
  • moda və ev iqtisadiyyatı
  • mədəniyyət və ibtidai təhsil və s.

Ümumi tələblər:

  • əcnəbi vətəndaş olmalı.
  • sağlam olmalı
  • 17- 21 yaşa qədər

Təqaüdün miqdarı: 117 000 yen / ay = 1.900 Azn, aviabilet

Təqaüdün müddəti: 3 il.

Qeydiyyat üçün son vaxt: hər il mart ayı

Ətraflı məlumat üçün ölkənizdəki Yaponiya səfirliyinə müraciət edin.

Proqramın saytına bu linkdən daxil ola bilərsiz.

 

7. Yaponiya araşdırmaçıları üçün təqaüd.

Hədəf sahəsi: Yapon dilini və mədəniyyətini öyrənən tələbələr.

Ümumi tələblər:

  • əcnəbi vətəndaş olmalı.
  • sağlam olmalı
  • namizədlər Yapon dili və Yapon mədəniyyətini tədris edən fakultənin tələbələri olmalıdır.  .

Təqaüdün miqdarı: 117 000 yen / ay = 1.900 Azn,

Təqaüdün müddəti: 1 il.

Qeydiyyat üçün son vaxt: hər il yanvar- fevral ayı

Ətraflı məlumat üçün ölkənizdəki Yaponiya səfirliyinə müraciət edin.

Proqramın saytına bu linkdən daxil ola bilərsiz.

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *

Subscribe For Latest Updates

Qeydiyyatdan keçin və yeni təqaüdlər sizin ayağınıza gəlsin.