Təqaüd Proqramı 1+3(MA+PhD) Yaponiyada Mərkəzi Avrasiya vətəndaşları üçün

Məlumat:

«University of Tsukuba»  universiteti tərəfindən  təqdim edilən unikal təhsil və təqaüd proqramı — bu proqram 1 + 3 (1 + 3 Combined MA and Phd). Təhsil proqramı (dərslər, məsləhətləşmələr və dissertasiya işlərinin yazılması) ingilis dilində olacaq. Proqram Mərkəzi Avrasiya (Rusiya, Monqolustan, Mərkəzi Asiya ölkələrini, ölkənin CIS (Azərbaycan CIS-a daxildir)) vətəndaşları üçün yaradılıb. Proqramın məzunları Avrasiya qitəsi və Yaponiya arasında mədəni, texnoloji və iqtisadi əlaqəsi  təmsil edəcəklər,həmçinin öz doğma vətənlərində universitetlərin və institutların  inkişafına müsbət qatqı verə bilərlər.

Proqramın iştirakçıları müxtəlif proqramlar üzrə təhsil ala biləcəklər: Humanitar elmlər, sosial elmlər, beynəlxalq münasibətlər, Yaponiya və Avrasiya ölkələrinin mədəniyyətləri. Proqram 1 il  magistratura və 3 il təhsildə doktorantura (PhD) təhsilindən  (ümumilikdə 4 il) ibarətdir. Tədris ingilis dilindədir, amma tələbələr  yapon dilinidə  öyrənməli olacaqlar beləliklə təhsilin sonunda tələbələr həm ingilis həm də yapon dilinə sahib olacaq. Təhsil bunlardan ibarətdir: iri şirkətlərin və dövlət idarələrinin nümayəndələri tərəfindən keçilən seminarlar,kollokviumlar, tədqiqat layihələri, Yapon şirkətlərində təcrübə.

Təqaüdün məbləği magistratura tələbələri üçün hər ay 144,000 yen (1.221$), doktorantura tələbələri üçün 145,000 yen (1.230$) təşkil edir.

Yaponiya, Cukubo Universiteti, Təqaüdlü təhsil

Universitetin ərazisi

Namizədlərə olan Tələblər:

  •  Azərbaycan Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan, Tacikistan, Rusiya, Ukrayna, Belarus, Moldova,Gürcüstan, Monqolustan vətəndaşları olmalıdırlar
  • 1982 ci il aprelin 2-dən sonra doğulan namizədlər
  •  Bakalavr dərəcəsi olan namizədlər
  • Namizədlər ingilis dilini (TOEFL IBT 80, TOEFL CBT 230, TOEFL PBT 500, IELTS 6.0) və yapon dil biliyi (JLPT (JapaneseLanguageProficiencyTest) Level N5 və ya daha yüksək
  • Namizədlər Yaponiyaya 2017-ci ilin sentyabr ayının son həftəsində gəlməyə məcburdurlar.

Lazım olan sənədlər:

  • 8 fotoşəkil
  • Tövsiyyə məktubu (qapalı zərfdə)
  • Diplomun surətini vədiplom əlavəsi
  • İngilis dili testinin nəticələri — IELTS, TOEFL, GRE
  • Yapon dili testinin nəticələri — JLPT
  • Müraciət ərizəsi

Ətraflı məlumat üçün təşkilatçıların saytını ziyarət edin.

  • Qeydiyyat üçün son Tarix: 5 yanvar 2017
  • Təqaüd: 144,000 yen — 145,000 yen
  • Tarix: Hər il
  • Harada: Çukuba, Yaponiya

Əlaqə:

  • 1 Chome-1-1 Tennodai, Tsukuba, Ibaraki Prefecture 305-8571, Japan

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *