Yaponiyada Nano-Peyk Texnologiyalarının öyrənilməsi üçün Təqaüd Proqramı

Kyushu Institute of Technology

Məlumat:
Təqaüd Nano-Peyk texnologiyaları sahəsində magistr və elmlər namizədi dərəcəsi almaq üçün nəzərdə tutulub. BMT-nin kosmik fəza məsələləri üzrə şöbəsi, Yaponiya hökuməti və Kyuşu texnologiya institutu (Kyushu Institute of Technology) ilə birgə inkişaf etməkdə olan ölkələrin və ölkələrində kosmik sənayesi inkişaf etməyən tələbələr üçün təqaüd təsis ediblər.  Tələbələr  tədqiqatların aparılmasında Nano-Peyk texnologiyalardan istifadə edə biləcəklər və  Kyuşu institutunun sınaq avadanlıqlarından yararlanacaqlar.

Proqram başa çatdıqdan sonra tələbələr elmi dərəcə (magistr və elmlər namizədi) alacaq. Beynəlxalq kosmik texnologiyaları (International Engineering Course Space) proqramına qəbul olmaq üçün namizədlərin qəbul imtahanı verməsi lazımdır.

Yaponiyada təqaüdlü təhsil

145.000 ¥ (1.300$) məbləğində olan aylıq təqaüd bütün təhsil müddətində (2 və ya 3 il) ödəniləcək və belə xərcləri qarşılayacaq:

  • Yaşamaq
  • Yemək
  • Yeri üzrə nəqliyyat xərcləri
  • Cib xərcləri.

Təşkilatçılar həmçinin belə xərcləri qarşılayır:

  • Namizədin vətənindən Narita və ya Fukuoka beynəlxalq hava limanına ekonom klassda avia-uçuş
  • Təhsil ödənişi
  • Qəbul imtahanı xərcləri
  • Üzvlük haqqı.

Namizədlərə olan Tələblər:

  • İnkişaf etməkdə olan ölkələrin  və ya  kosmik sənayesi inkişaf etməyən ölkənin (kosmik texnologiyaları inkişaf etdirmək  və kosmik obyektlərin uçuşuna imkanı olmayan ölkələr) vətəndaşları;
  • 1982 aprelin 2-dən sonra doğulmuş olanlar
  • Magistratura proqramına  qəbul olunmaq üçün namizədlərin müvafiq  sahə üzrə 4 illik mühəndis   bakalavr dərəcəsi olmalı, aspiranturaya qəbul olunmaq üçün isə  texnoloji sahələrinin birindən mühəndis ixtisası üzrə magistr dərəcəsi olmalıdır
  • Təlim başa çatdıqdan sonra təcrübəsini və biliyini istifadə etmək imkanına malikdirlər.

Təqaüd almaq üçün namizədlər elektron formu doldurmalıdırlar, bundan sonra namizədlərin elektron poçtlarına (mail) sənədləri necə qeydiyyatdan keçirdmək lazım olduğu haqda məktub gələcək.

Ətraflı məlumat üçün təşkilatçıların saytını ziyarət edin.

  • Qeydiyyat üçün son vaxt: 22 yanvar 2017
  • Təqaüd: 145,000¥ (1.300$/ ay)
  • Vaxt: hər il
  • Harada: Yaponiya

Əlaqə:

Yaponiya təqaüdləri ilə bağlı daha ətraflı məlumatı bu linkdən ala bilərsiniz.

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *